365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

BUYNUZ QİŞA TRANSPLANTASİYASI

Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. O, görmədə böyük əhəmiyyət kəsb edir, gözün ən vacib refraktiv linzasıdır.

Bir çox xəstəliklər buynuz qişanın şəffaflığını pozur. Bu xəstəliklər anadangəlmə, genetik və mikrob mənşəli ola bilər. Əgər keratokonus son mərhələsindədirsə, xəstəyə artıq kontakt linzalar, intrastromal buynuz qişa halqaları kömək etmir, bela halda yeganə müalicə yolu buynuz qişanın köçürülməsi və ya transplantasiyasıdır.

Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.

Buynuz qişanın transplantasiyası

Dünyagöz Xəstəxanalar qrupunda buynuz qişa transplantantı ilə əlaqədar əməliyyatlar ixtisaslaşmış oftalmoloqlar tərəfindən ən sadəsindən başlayaraq və ən mürəkkəbinədək bütün okulyar cərrahiyə üçün müasir avadanlıq və cihazlarla tam təchiz edilmiş əməliyyat otaqlarında aparılır.

Daha çox göz tarnsplantasiyası adı altında tanınan buynuz qişanın transplantasiyası (Keratoplastika) əslində müxtəlif xəstəliklərdən buynuz qişanın pozulması nəticəsində onun donor buynuz qişası ilə əvəz olunması üzrə cərrahiyyə əməliyyata deyilir. Buynuz qişanın köçürülməsi zamanı, diametri 6-9 mm dairəvi hissə sağlam gözün buynuz qişasından kəsilib götürülür, həmin diametrdə olan hissə resipiyentin (pasiyentin) buynuz qışasından kəsilib götürülür, sağlam hissə onun yerinə köçürülür.

 

 

 

SÜRƏTLİ GÖRÜŞ