365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

CCL (BUYNUZ QİŞA KROSS-LİNKİNQİ)

Buynuz qişa kross-linkinqin (CCL) müalicəsinin məqsədi buynuz qişanın quruluğunu möhkəmləndirmək, xəstəliyin sürətlə artmasının qarşısını almaqdır.

CCL əməliyyatlarının nəticələri

Bu mövzuya aid Dünyagöz Xəstəxanaların ilk elmi araşdırması Stokholmda keçirilmiş Avropa Refraksiya və Kataraktal Cərrahlar Cəmiyyətinin (ESCRS, 8-12 sentyabr 2007-ci il) iclasında təqdim edilmiş, bu araşdırmanın Amerika Oftalmologiya Akademiyasının (AAO) Konqresində təqdimatı təsdiqlənmişdir.

Dünyagözün CCL müalicəsinə fərqli yanaşması

Türkiyədə ilk CCL müalicəsi Dünyagöz Xəstəxanaları tərəfindən aparılmışdır. İlk "Keratokonus Müayinə və Müalicə Mərkəzi" Dünyagöz Xəstəxanalarında təsis edilmişdir. Bu mərkəzlər, keratokonusun müayinəsi və müalicəsi ilə bağlı cihaz və qurğularla təchiz olunub.

Dünyagöz, CCL sahəsində Türkiyədə ən zəngin təcrübəyə malik olan mərkəzdir. Bu günə kimi Dünyagöz Xəstəxanaları CCL üzrə ən çox (20 mindən çox) müalicə aparıb. İsveçrənin Sürix şəhərində yerləşən CCL-in ixtira və inkişaf olunduğu IROC klinikası (prof. Zailer və onun komandası ) ilə əməkdaşlığımız hələ də davam edir.

Keratokonus xəstəliyin davamlı araşdırılmasının vacibliyinə görə arxiv sisteminin olması böyük əhəmiyyət kəsb edir. Dünyagöz Xəstəxanaları pasiyentlər arxivinə malikdir.

SÜRƏTLİ GÖRÜŞ