365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

DİGƏR BUYNUZ QİŞA XƏSTƏLİKLƏRİ

Buynuz qişanın infeksiyalarının ən yayılmış səbəbləri kontakt linzaların istifadə edilməsi, herpes virusu və onunla bağlı herpetik keratitlər, herbisit və onunla bağlı göbələk keratit xəstəliyidir.  Bir çox bakteriya və parazit infeksiyaları buynuz qişa üzərində xoranın yaranmasına səbəb ola bilər, kontakt linza daşıyıcılarının görmə qabiliyyətinin daima zəifləməsinə və ya tamam itməsinə gətirib çıxara bilər.

Buynuz qişanın infeksiyaları görmə üçün təhlükəli olan ağır xəstəliklərdir. Erkən müayinə və dəqiq müalicə görmə qabiliyyətinin daima itirilməsinin qarşısının alınmasında çox vacibdir.

Buynuz qişanın bulanma halları

Buynuz qişanın bulanmasının ən geniş yayılan səbəbi, buynuz qişanın infeksiaysından sonra yaranan çapıqlardır. Buynuz qişanın bulanması çox vaxt qohumların nikahndan sonra baş verir. Görmək qabiliyyətini daima itirmək təhlükəsi olan xəstələrin müalicəsi  buynuz qişanın transplantasiyası əsasında aparılır.

Buynuz qişanın şişi

Buynuz qişanın şəffaflığı onun daxili səthində yerləşən və nasos kimi çalışan endotel hüceyrələri ilə təmin olunur. Əgər bu hüceyrələrin sayı müəyyən həddənn aşağıdırsa, görmədə bulanma yaranır, buynuz qişada şiş əmələ gəlir. Burada ilkin səbəb katarakt əməliyyatıdır. Əgər katarakt əməliyyatı təcrübəsiz həkim tərəfindən tələb olunan keyfiyyətlə aparılmayıbsa, bu buynuz qişada şişin yaranmasına gətirib çıxara bilər. Belə hallarda yeganə müalicə yolu buynuz qişanın transplantasiyasıdır.

Keratit

Buynuz qişanln iltihabına keratit deyilir. Bu xəstəliyin bir neçə səbəbi var. Müalicə üçün erkən müayinə çox vacibdir.

SÜRƏTLİ GÖRÜŞ