365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

FAKİK LİNZALARIN İMPLANTASİYASI

Fakik göz daxili linzaların implantasiyası, göz quruluşu lazer müalicəsinə uyğun olmayan kəslərə eynək və linzalardan imtina etməyə kömək edən, yüksək miopiya və hiperopiyadan əziyyət çəkən insanlarda dəqiq və etibarlı nəticələri verən etibarlı müalicə üsuludur. Dünyagöz Xəstəxanalarında fakik linzaları ilə əlaqədar cərrahi əməliyyatlar dünyanın ən yüksək keyfiyyətli göz daxili linzaların köməyi ilə ixtisaslaşmış həkimlər tərəfindən aparılır.

Süni korrektiv linzaların göz daxilinə yeridilməsi prinsipinə əsaslanan bu üsul bəzi hallarda Lasik cərrahiyəsi ilə birgə tətbiq olunur. 7-25 dioptriyalı miopiya və 5-13 dioptriyalı hiperopiya bu üsulla korreksiya edilir.

Kim fakik linzaları ilə əməliyyat oluna bilər? 

Fakik linzaları ilə əlaqədar cərrahi əməliyyata qlaukoma, retinal pozğunluqları və ya kataraktı olmayan 18 yaşından böyük insanlar cəlb oluna bilər. İnsanın bu növ əməliyyata cəlb olunması haqqında son qərar insanın ətraflı müayinəsindən və buynuz qişa toxumasının xüsusi təhlilinə arxalanan müayinədən sonra verilir.

Fakik linza cərrahiyə üsulu

Fakik linza cərrahi əməliyyatı hər göz üzərində təxminən 20 dəqiqə çəkir. Pasiyent anesteziya altında olaraq heç nə hiss etmir. İki gözün əməliyyat edilmələri arasında interval ən azı 7 gündür. Göz əməliyyatdan sonra yalnız 1 gün sarğı altında qalır. Əməliyyatdan sonra növbəti gün həkim əməliyyat olunmuş gözdən sarğını çıxardır. Pasiyent elə həmin gün öz gündəlik işlərini eynəksiz və ya kontakt linzalarsız görmək üçün kifayət qədər görmə qabiliyyətinə malik olur.

Gözə yeridilən inza şəffafdır, okluyar toxumalara uyğun gələn materialdan hazırlanır, ömür boyu heç bir problem yaratmır. Zahirdən bu intraokulyar linzalar əməliyyatdan sonra gözə çarpmır, linzaların özü pasiyent tərəfindən hiss edilmir.

SÜRƏTLİ GÖRÜŞ