365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

FAKO ÜSULU İLƏ KATARAKT ƏMƏLİYYATI

FAKO ÜSULU İLƏ KATARAKT ƏMƏLİYYATI

FAKO, katarakt müalicəsinin daha bir üsuludur. Bu üsulla xəstənin gözünə 2,2 mm-lik kəsik ilə müdaxilə olunur. "Viskoelastik gel", xüsusi MAYEDİR. Ondan katarakta əməliyyatında istifadə edilir. "Vikoelastik gel" təbii büllurun digər təbəqələrdən zərərsiz ayrılmasını heç bir zədə almadan təmin edir. Bu gel istifadədə birdəfəlikdir, eyni gel digər xəstə üzərində istifadə edilmir.

Ultrasəs dalğaları yaradan qurğu vasitəsi ilə şəffaflığını itirmiş intraokulyar linzalar goz daxilində sındırılır və sorulub çıxardılır. Qatlanan süni linzalar göz daxilində implantasiya edilir. Kəsik o dərəcə cüzidir ki, heç bir tikiş tələb etmir. İnfeksiya təhlükəsinə görə hər iki göz bir gündə əməliyyat edilmir. Əməliyyatlar arası minimum 2 gün olmalıdır.

Dünyagöz Xəstəxanalarında FDA tərəfindən təsdiq edilmiş bükülən intraokulyar linzalardan və FDA tərəfindən təsdiq edilmiş Viscot mayesindən (viskoelastik geldən) istifadə edirlər. Katarakta, çox vacib mikrocərrahiyə üsulu ilə müalicə olunur. Cərrahiyənin uğuru bilavasitə həkimin təcrübəsindən, əməliyyat otağında steril şəraitdən, istifadə olunan tibbi ləvazimatın steril və keyfiyyətli olmasından asılıdır.

SÜRƏTLİ GÖRÜŞ