365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

FEMTOSANİYƏ LAZERİ İLƏ KATARAKT ƏMƏLİYYATLARI

FEMTOSANİYƏ LAZERİ İLƏ KATARAKT ƏMƏLİYYATLARI

Əməliyyat zamanı göz, göz damcıları ilə yerində dondurulur, iynə, bıcaq və anesteziya tətbiq edilmədən əməliyyat aparılır. Bıçaqsız adlanan katarakt əməliyyatı "Femtosaniyə lazeri" texnologiyası ilə aparılır, əməliyyatın ən vacib mərhələləri bıçaqsız keçir. Bu üsulun köməyi ilə əməliyyatdan sonra yarana bilən ağır fəsadlar təhlükəsinin qarşısı alınır. Femtosaniyə lazeri ilə keçirilən katarakt əməliyyatı cəmi 15 dəqiqə çəkir, xəstə dərhal evə buraxılır və tez bir zamanda bərpa olunub normal həyat tərzinə qoşulur.

Dünyagöz Xəstəxanalar Qrupunda, "Femtosaniyə Lazer" texnologiyası ilə aparılan katarakt əməliyyatları həm xəstəyə, həm də həkimə etibarlı və rahat müalicə imkanı verir. Əməliyyat nəticəsində həm kataraktı ləğv olunur, həm də xəstə yaxın- və ya uzaqgörmə problemlərindən intraokulyar linzaların implantasiyası yolu azad olunur.

Katarakt müalicəsi sahəsində femtosaniyə lazer texnologiyasının əsasında aparılan bıçaqsız katarakt əməliyyatları ağır fəsadların yaranma təhlükəsini minimuma endirir, əməliyyat zamanı xəstəyə yüksək əminlik və rahatlıq hissi verir; bu texnologiyanın daha bir üstünlüyü ondan ibarətdir ki, əməliyyatın ən vacib mərhələlərindən biri sayılan süni intraokulyar linzaların implantasiyası mükəmməl səviyyədə hazırlanıb aparılır.

Beləliklə yeni texnologiyanın köməyi ilə katarakt ilə yanaşı, miopiya, hiperopiya, astqmatizm kimi digər refraksiya pozğunluqlarından əziyyət çəkən xəstələrin, qabaqcıl intraokulyar linzaların implantasiyası ilə eynəklərdən asılılıqlarını azaltmaq imkanı yaranır.

SÜRƏTLİ GÖRÜŞ