365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

İNTRAOKULYAR LİNZALAR

Bu müalicə üsulunda təbii linzalar gözdən çıxarılıb multifokal linzalarla əvəz olunur. Bu linzalar bir neçə halqalardan ibarətdir. Onlardan bəzilərinin köməyi ilə üzaq məsafələri, bəzilərinin isə yaxın məsafələri görmək olur. Beləliklə istər yaxında, istərsə də uzaqda yerləşən obyektlərin gözün sarı ləkəsində əks olunması görmə kəskinliyini təmin edir. Xəstələr bu linzalara tez öyrəşir, uzağı və ya yaxını göstərən eynəklərdən azad ola bilərlər.

Pasiyentin seçimi bu müalicədə çox vacibdir. Uzaq və yaxın görmənin hansının pasiyent üçün daha vacib olduğunu diqqətlə öyrənmək lazımdır. Pasiyentin seçiminin daha bir əhəmiyyətli amili onun göz almasının ölçüsüdür. Müalicənin digər üstünlüyü katarakta cərrahi əməliyyatını keçməli pasiyentlərə aiddir. Onlar bir əməliyyatla katarakta və uzaq və ya yaxın görmə problemini həll edə bilirlər.

İlk öncə pasiyent ətraflı göz müayinəsindən keçməlidir. Hər pasiyent bu növ cərrahi əməliyyata yararlı deyil. Pasiyentin seçimində kataraktadan əziyyət çəkənlərin peşəkar statusu, sosial fəallığı, mütaliə ilə məşğul olmaq vərdişi, əqli səviyyəsi böyük əhəmiyyət kəsb edir. Pasiyentin düz seçilməsi, müvafiq müalicə növünün seçimi, həkimin iş təcrübəsi, əməliyyatın keçirildiyi tibb müəssisəsi və, əlbəttə ki, linzaların düz seçimi bu əməliyyatın uğurlu keçməsinin əsas amillərindəndir.

SÜRƏTLİ GÖRÜŞ