365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

GÖZ DAXİLİ LİNZALAR İLƏ MÜALİCƏ

Eynəkdən imtina etmək istəyən, lakin lazer əməliyyatlar üçün yararlı hesab olunmayan xəstələr, göz daxili linzaların qoyulması ilə bağlı əməliyyatlar nəticəsində eynəkləri ilə vidalaşa bilərlər. Bu üsulun köməyi ilə 3 mm-li kəsiklə gözə müdaxilə olunur, dairəvi linza membranı çıxarılır.  Gözün təbii bülluru ultrasəs dalğaları saçan cihazın köməyi ilə emulsiya verilir, havanı sorur və yeni qatlanan linza ilə əvəz edilir. Bu üsula şəffaf büllur mübadiləsi deylir. 

3 mm ölçülü kəsiyin köməyi ilə linza göz daxilinə yeridilir. Bədən temperaturu linzanı normal şəklə gətirir. Bu əməliyyat zamanı gözün təbii bülluru çıxardılır və multifokal funksionallığı ilə fərqlənən linza ilə əvəz edilir. Bu linzalarda bir neçə halqalar vardır. Bu halqalardan bəziləri uzaq görmə və müəyyən dərəcədə yaxın görmə qabiliyyəti artırır. Beləliklə gözün sarı nöqtəsində istər uzaq, istərsə də yaxın obyektlər aydın olaraq əks etdirilir, bu isə, görmə itililiyi təmin edir. Pasiyentlər tez olaraq bu linzalara öyrəşir, uzaq və ya yaxın görmə eynəklərdən azad olurlar.

Bu müalicədə xəstə seçimi vacibdir. Pasiyent üçün uzağı və ya yaxını görməyin vacibliyini tam nəzərə almaq lazımdır. Xəstənin göz bəbəyinin ölçüsü, xəstə seçiminin digər nəzərə alınan mühüm amilidir. Bu müalicə üsulunun daha bir üstünlüyü katarakt əməliyyatına ehtiyac duyanların uzaq və ya yaxın görmə problemlərinin eyni vaxtda həll olunmasıdır.

İlk öncə pasiyent ətraflı göz müayinəsindən keçməlidir. Hər pasiyent bu növ cərrahi əməliyyata yararlı deyil. Pasiyentin seçimində kataraktadan əziyyət çəkənlərin peşəkar statusu, sosial fəallığı, mütaliə ilə məşğul olmaq vərdişi, əqli səviyyəsi böyük əhəmiyyət kəsb edir. Pasiyentin düz seçilməsi, müvafiq müalicə növünün seçimi, həkimin iş təcrübəsi, əməliyyatın keçirildiyi tibb müəssisəsi və, əlbəttə ki, linzaların düz seçimi bu əməliyyatın uğurlu keçməsinin əsas amillərindəndir.

Cərrahi əməliyyatdan 1-2 gün sonra xəstə normal görmə qabiliyyətini bərpa edir. Bu üsulla uzaq görmə, yaxın görmə və astiqmatizm kimi xəstəlikləri müalicə etmək olur.

SÜRƏTLİ GÖRÜŞ