365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

GÖZ VƏ GÖZ QAPAĞININ ŞİŞLƏRİ

Göz onkologiyası, okulyar və periokulyar toxumalarda əmələ gələn şişlər ilə məşğuldur.

Göz qapaq şişləri

Əgər göz qapaqlarında sağalmayan bir yara mövcuddursa, oftalmoloq bu yaranın xassəsini müəyyən etməlidir.  Cərrahi əməliyyat keçirilməlidir.

Göz yaş sisteminin şişləri

Göz yaş vəzilərinin şişlərinə göz yaş ifrazat sisteminin şişləri ilə müqayisədə daha tez rast gəlmək olur. Bu şişlər daha çox böyüklərdə olur. Müalicə üsulu şişin növündən asılıdır, burada cərrahiyyə, kimyaterapiya və radioterapiya kimi üsullardan istifadə edirlər.

Göz daxili şişlər (Melanoma)

Göz bəbəyinin damarlı qişasının melanoması böyüklərdə geniş yayılmış göz daxili şişdir. Göz daxilində qalan zaman bu xəstəlik insan həyatı üçün təhlükəli deyil. Şiş iri olduqda, göz cərrahi yol ilə çıxardılmalıdır (enukleasiya). Şiş kiçik olduqda, müalicə şüalanma terapiyası (radioterapiya),  kontakt şüalanama terapiyası (braxiterapiya) və transpupillar termoterapiya (TTT) yolu ilə aparılır.

Göz daxili şişlər (Retinoblastoma)

Uşaqlarda daha tez rast gəlinən şişlər arasında retinoblastomanın adını çəkmək olar. Bu gün bu növ şişlərlə mübarizə, cərrahi, şüalanma (radioterapiya) və lazer terapiyası ilə aparılır.

Kapilyar hemangioma

Kapilyar hemangiomalar, kapilyarların artması nəticəsində xoşxassəli şişlərə deyilir. Göz ətrafı, ələlxüsus göz qapaqlarında, gözlərin arxasında yaranan və inkişaf edən bu şişlər anadangəlmə və ya doğuşdan sonra bir neçə ay ərzində yaranır. Görmə qabiliyyətinə təsir göstərən şişlər müalicə tələb edir.

Kavernoz hemangioma

Böyüklərdə daha tez rast gəlinən orbital şişdir. Hemangiomalar cərrahi əməliyyatla mütləq surətdə çıxardılmalıdır.

Limfangioma

Xoşxassəli damar şişi olmasına baxmayaraq, onun qarşısını almaq çox çətindir, çünki bu şiş orbita daxili toxumalar arasında yayılır və böyüməyə davam edir. Müalicə vəziyyətdən asılıdır.

Limfoma

Orbitin adi şişlərindən biridir. Limfoma halları artmaqdadır. Vəziyyətdən asılı olaraq şüalanma (radioterapiya) və kimyəvi terapiya tətbiq edilir.

Meningioma

Orbitanın xoş xassəli neyrogen şişlərindəndir.  Müalicə vəziyyətdən asılıdır.

Optik qlioma

Optik sinirin və optik traktın şişidir. Gözün vəziyyətindən asılı olaraq radioterapiyaya və ya cərrahi üsullara üstünlük verilir.

Rabdomiosarkoma

Uşaqlarda müşahidə olunan geniş yayılmış bədxassəli orbital şişdir. Cərrahi üsulu, şüalanma terapiyası (radioteraiya), dərman terapiyası (kimyəvi terapiya) eyni vaxtda tətbiq edilir.

SÜRƏTLİ GÖRÜŞ