365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

GÖZ QAPAQLARININ CƏRRAHİYYƏSİ

Göz qapaqlarının cərrahiyyəsi(blefaroplastika) artıq piy, əzələ və dəri toxumalarını üst və alt göz qapaqlarından çıxarır, bu toxumaları dəstəkləyən göz ətrafı zonaları tarımlaşdırır. Cərrahi müdaxilənin köməyi ilə sallanan, içə və ya bayıra dönmüş üst və alt göz qapaqlarının, artıq piyi saxlayan göz altı torbaların, göz ətrafı qırışların korreksiyası, pasiyentin gocalmış, yorğun görkəmini sovuşdurub ona daha cavan, daha fəal görkəm vermək mümkündür.

Əməliyyatdan sonra qulluq

Göz qapaqları, onların ətrafı cərrahi əməliyyatdan ilk iki gün ərzində şişmiş olur. Əməliyyatdan sonra ilk gün bu şişməni azaltmaq üçün göz nahiyəsinə buz qoyulur. Bundan başqa, pasiyentə antibiotik, şişə və ağrıya qarşı dərmanlar verilir. Gözdə quruluğun qarşısını almaq üçün göz damcıları, gözü daxildən qorumaq üçün antibiotik göz məlhəmləri yazılır. 

Hordeolum (xarici itdirsəyi)

İtdirsəyi göz infeksiyalarındandır. Xəstəlik 1-2 gün ərzində inkişaf edir. Xəstəlik gözdə ağrılı nöqtənin yaranamsı, göz qapağının şişkinliyi ilə müşayiət olunur. İtdirsəyini erkən mərhələdə müalicə etmək üçün göz damcıları, antibiotik, məlhəmlərdən istifadə edilir, lakin itdirsəyi sonrakı mərhələlərdə sağalır, çünki diaqnozun qoyulması üçün 1-2 gündən çox tələb olunur. 

Göz qapaqlarının enməsi

Üst göz qapağının enməsinə ptoz deylir. Ptoz cərrahi yol ilə müalicə olunur. İnsanlardan asılı olaraq alt və üst göz qapaqları arasında məsafə müxtəlifdir. Müalicəni adətən cərrahi yol ilə aparırlar. Cərrahi üsul isə göz qapağının müayinəsindən sonra təyin edilir.

Yaş ilə bağlı göz qapaqlarında olan dəyişikliklər

Yaş ötdükcə qaş və göz qapaqları enməyə başlayır, alt göz qapağı içəri, və ya bayıra dönür, göz ətrafında torbalar, boşluqlar, qırışlar əmələ gəlir. Belə dəyişikliklər tək yaşla bağlı deyil, bunları irsi əlamət kimi cavanlarda da görmək olur. Göz qapağı ətrafında olan dəyişikliklər insanı uğursuz, yorğun, yuxulu göstərir. Müalicə üsulu problemə uyğun olaraq təyin edilir.

Kirpik batması (trixiaz, distixiaz)

Kirpiklərdə olan batmalar anadangəlmə (distixiaz) və ya göz qapaqlarının bəzi xəstəliklərindən sonra, göz qapaqlarının (entropion) və ya kirpiklərin içəri doğru dönməsi (trixiaz) nəticəsində baş verir. Müalicəsi cərrahidir.

Göz qapaq şişləri

Göz qapaqların daxilində və ətrafında olan şişlərin əksəriyyəti xoşxassəli olur. Göz qapağında sağalmayan yaralar ortaya çıxdıqda, mütləq oftalmoloqa baş çəkməli, bu yaranın bədxassəli olub olmamasını yoxlamaq lazımdır. Müalicəsi cərrahidir.

Göz qapaq yaraları

Göz qapaqları fiziki (yol-hərəkət hadisələri, travmalar və s.) və ya kimyəvi (ağardıcılar, xlorid turşusu, yuyucu maddələr, əhəng və s.) təsirlərdən zədələnə bilər. Erkən mərhələlərdə müalicənin düzgün aparılmaması görmədə və görkəmdə ağır fəsadlara gətirib çıxara bilər.

Göz qapaqlarının içəri dönməsi (Entropion)

Entropion adətən alt göz qapağında, onun içəri dönməsi ilə bağlıdır. Entropion anadangəlmə və ya sonradan qazanılmış olur. Cərrahi müalicə tətbiq olunur.

Göz qapaqlarının xaricə dönməsi (Ektropion)

Göz qapaqlarının xaricə dönməsi bir qayda olaraq yaş ilə bağlıdır. Bu, göz qapağını bağlayan sinirin iflici (üz iflici), ya da zədələr nəticəsində baş verə bilər. Cərrahi müalicə tətbiq olunur.

Üz iflici

Qaş, göz qapağı, üzü hərəkətə gətirən sinirin lazımi qaydada işləmədiyi halda üz iflici baş verir. Müvəqqəti iflic halında gözü qorumaq üçün tibbi müalicə aparılır. 

Göz altı torbalar

Göz altı torbaların yaranmasının ən vacib amili genetik, yəni irsi amildir. Göz altı torbalar insanı olduğundan daha yaşlı, daha yorğun göstərir. Müalicə, piy toxumaların götürülməsi və ya əvəz edilməsi ilə bağlıdır.

Qaşların qaldırılması

Düşmüş göz qapaqları ilə yanaşı düşmüş qaşlar pasiyentlərə əziyyət verir. Yaş və genetik amillər nəticəsində qaşların xarici hissələri alta düşür. Nəticədə göz qapaqlarına yük, artıq dəri düşür, pasiyentin estetik görkəmi pozulur. 

SÜRƏTLİ GÖRÜŞ