365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
BİONİK GÖZ TÜRKİYƏDƏ BİR XƏSTƏNİ DƏ İŞIQLA QOVUŞDURDU
April 12, 2016

Türkiyənin ikinci bionik göz əməliyyatı da Dünyagöz xəstəxanasında həyata keçirildi.

Keçən ay Türkiyədə ilk dəfə həyata keçirilən “Argus II - Bionik Göz” əməliyyatının ikincisi də Dünyagöz Xəstəxanalar Qrupu tərəfindən edildi. Dünyagöz Etiler’də həyata keçirilən ikinci bionik göz əməliyyatı Lefkoşada anadan olan Hatice İnselə tətbiq edildi.

Argus II - Bionik Göz əməliyyatı ilə beş il sonra işığı hiss edən İnsel “Təkrar işığa qovuşmaq sanki bir yuxudur. Yaşadığım xoşbəxtliyi təsvir etməyim qeyri-mümkündür” dedi.

Keçən ay Türkiyədə ilk dəfə həyata keçirilən və Dilek Ümran Öztürkü işığa qovuşduran Argus II - Bionik Göz əməliyyatı 46 yaşındakı Hatice İnselə də ümid  oldu.  Türkiyədə təqribən 20 min şəxsdə müşahidə olunan və el arasında toyuq qurusu və ya gecə korluğu adlandırılan retinitispigmentosa xəstəliyinə görə 5 il əvvəl görmə bacarığını itirən İnsel, Argus II - Bionik Göz əməliyyatı ilə təkrar işığa qovuşdu. Dünyagöz Etilerdə həyata keçirilən və (ilk əməliyyatın həyata keçirildiyi xəstə) Dilek Ümran Öztürkün də iştirakı etdiyi mətbuat konfransında  Hatice İnsel, bionik gözü ilə işığı qavradığı xatirələrini və həyat hekayəsini bölüşdü.

Türkiyənin ikinci Argus II - Bionik Göz əməliyyatı Dünyagöz Xəstəxanalar Qrupu Medikal Müdiri Prof. Dr. Ioannis Pallikarisin başçılığında; Dünyagözün təcrübəli həkim heyətindən Op. Dr. A Nilüfer Köylüoğlu Ünalın layihə koordinatorluğunda, Dos. Dr. Nur Acar və Op. Dr. Fevzi Akkan tərəfindən həyata keçirildi.

GÖRMƏ BACARIĞIMI İTİRDİM ANCAQ ÜMİDİMİ HƏLƏ DƏ İTİRƏMİŞƏM

Görmə bacarığını itirdiyini, ancaq ümidini heç bir vaxt itirmədiyini bildirən Hatice İnsel “Türkiyədə ikinci bionik gözə sahib olmağın xoşbəxtliyini sözlərlə ifadə etmək qeyri-mümkündür.  Əməliyyatımdan təqribən 13 gün keçdi. Olduqca müvəffəqiyyətli əməliyyat keçirdim.  Hal-hazırda işığı qavraya bilirəm” dedi. Dünyagöz heyətinə təşəkkürlərini bildirən İnsel “Təqribən üç aylıq təlimdən sonra görmə bacarığım daha da artacaq və gündəlik həyatım asanlaşacaq. Öz ehtiyaclarımı ödəyə biləcəm və qızıma daha çox kömək olacağım günləri səbirsizliklə gözləyirəm, həqiqətən də çox həyəcanlıyam” deyə bildirdi.

QIZINA BAXIR

Lefkoşada yaşayan və iki övladı olan İnsel, Rett sindromu ilə anadan olan qızı ilə xüsusilə maraqlanmağa çalışır. Təkrar işığa qovuşmanın xəyal olduğunu bildirən İnsel  “12 yaşında toyuq qurusu xəstəliyimin olduğunu öyrəndim. Bir qızım və bir oğlum var. 1995-ci ildə oğlum anadan oldu. 1998-ci ildə anadan olan qızımın xəstəlik diaqnozu ilə birlikdə toyuq qurusu xəstəliyim getdikcə pisləşdi” dedi. Anadan olduqdan bugünə qədər qızının qulluğunda həyat yoldaşının da böyük yardımı olduğunu bildirən İnsel “Qızımın müalicə prosesi ilə mənim göz xəstəliyimin irəliləməsi də artdı.  stressli həyatım gündəlik həyatımı daha da çətinləşdirdi. Yaşadığımız çətinliklər bizi həyati əhəmiyyət daşıyan qərarlar verməyə yönləndirdi.  2010-cu ildə həyat yoldaşım vaxtından əvvəl təqaüdə çıxaraq mənə və qızıma daha da kömək etdi.  Bir ana olaraq xəstə olan qızıma, oğluma və həyat yoldaşıma daha yaxşı baxa bilmək ən böyük istəyimdir” deyə bildirdi.  

PALLIKARIS: QÜRURLUYUQ

Dünyagöz Xəstəxanalar Qrupu Medikal Müdiri Prof. Dr. Ioannis Pallikaris; Qısa müddət ərzində ikinci əməliyyatı da müvəffəqiyyətlə həyata keçirdiklərinə görə məmnunluq hissini dilə gətirdi.  Prof. Dr. Ioannis Pallikaris; “Öz adıma və heyətimin adına qürur hissi keçirdiyimi və məmnunluq hiss etdiyimizi deyə bilərəm” dedi.  Hatice İnselin əməliyyatının müvəffəqiyyətlə keçdiyini qeyd edən Prof. Dr. Ioannis Pallikaris, görmə bacarığının zamanla və təlimlərlə daha da çox artacağını, Hatice Hanımın gündəlik həyatında öz işlərini həyata keçirə biləcəyini bildirdi.

Dünyagöz Xəstəxanalar Qrupu İdarə Heyətinin Üzvü Gülferi Yıldırım isə ilkləri həyata keçirməyin məmnunluğunu yaşadıqlarını bildirərək “20 illik xəyalımız bugün reallaşdı. Bugünə qədər milyonlarla xəstənin gözlərini  qorumaq və göz sağlamlığını təkrar qazanmaq üçün dünyanı yaxından izlədik, Türkiyədə ilkləri həyata keçirdik. Argus layihəsi bunun bir addım ötəsindədir…Görməyən gözlərə işıq ola bilməyin xoşbəxtlik və qürurunu yaşayırıq. Texnoloji infrastrukturumuz və ixtisaslı həkim kadrımızla, hər vaxt ən yaxşı xidmət göstərmək ən böyük məqsədimizdir. Argus II -  Bionik Göz əməliyyatlarımızın ikisi də olduqca müvəffəqiyyətlə keçdi.  Bu əməliyyatlar, retinitispigmentosa xəstəliyinə görə görmə bacarığını itirən xəstələr və yaxınları üçün böyük ümid oldu. Bildiyiniz kimi, Argus II əməliyyatları dünyada daha çox ABŞ və Avropanın qabaqcıl ölkələrində həyata keçirilir. Bu müalicə metodu, Almaniya və Fransa kimi bəzi ölkələrdə dövlət tərəfindən qarşılanır. Ölkəmizdə də SMQ tərəfdən qarşılanmağını ümid edirik” dedi.

SİSTEM NECƏ ÇALIŞIR?

Argus II - Bionik Göz sistemi iki hissədən ibarətdir. Daxili hissə cərrahiyyə əməliyyatı ilə gözün daxilinə yerləşdirilir. Xarici hissə isə xəstə eynəyindən və video işləmə bölməsində ibarətdir. Eynəyin üzəridəki minyatur kameradan əldə olunan görüntülər video işləmə bölməsində işlənərək eynəyin üzərindəki antena vasitəsilə, gözə yerləşdirilən retinalimplanta kabelsiz göndərilir. Implant təlimatları qəbul edir və siqnalı elektrot üzərindən retinaya ötürür. Xəstələr ağ qara görür, kölgə və işıq qavrayışları artır.  Xəstə görünüşləri qavradıqdan sonra xəstəyə təkrar görmənin öyrədilməyi üçün təlim keçilir.  

KİMƏ TƏTBİQ OLUNA BİLƏR

Argus II - Bionik Göz əməliyyatı xüsusilə optik siniri sağlam və görməni yavaş-yavaş itirən toyuq qurusu xəstələrinə və eyni zamanda 25 yaşını tamamlayan, işığı az da olsa bir gözdə hiss edənlərə tətbiq oluna bilər. Bir çox müxtəlif genetik keçid xüsusiyyətlərini büruzə verən, qohum evliliyi kimi səbəblərə görə korluğa gətirib çıxara bilən, nadir xəstəlik olaraq bilinən toyuq qurusu xəstəliyi  Türkiyədə 4 min şəxsdə bir müşahidə olunur. Təqribən 20 min şəxs bu xəstəlikdən əziyyət çəkir. Bütün Avropada isə 167 min şəxsdə bu xəstəlik aşkar edilib. Toyuq qurusu xəstəliyində retinadakı işığa həssas hüceyrələr vaxt keçdikcə təhrif olur. Bununla əlaqədar olaraq görmə pozuntuları və daha sonra korluq yaranır. Toyuq qurusunda tətbiq olunan Bionik Göz əməliyyatı, bu xəstəliyə bağlı görmə əlilliyi yaşayan şəxslərin kölgə və işıq qavrayışlarını artıraraq görmə və qavrayış səviyyəsini yüksəldir.

Müalicənin toyuq qurusu xəstələrindən başqa digər xəstəliklərdə də istifadə edilməyi istiqamətində müvafiq araşdırmaların aparıldığını bildirən Prof. Pallikaris, “Quru tip yaşa bağlı makula degenerasiyası-sarı nöqtə xəstəliyindəki ilk Argus II tətbiqi İngiltərədə həyata keçirildi. Bu tip xəstələrdə müvəffəqiyyətli nəticələr əldə edildikdə,  FDA prosesindən sonra, bir neçə il ərzində Türkiyədə də bu müalicə tətbiq oluna bilər” deyə qeyd etdi.

XƏSTƏLƏR NECƏ SEÇİLİR

Argus II – Bionik Göz əməliyyatı üçün xəstə seçimində xəstənin keçmişinə qədər bir çox xüsusiyyət araşdırılır. Proses, əməliyyat üçün uyğun xəstə seçimi, cərrahiyyə əməliyyatı və reabilitasiya şəklində üç mərhələdən ibarətdir. Düzgün xəstə seçimində göz müayinəsi göstəriciləri ilə birlikdə xəstənin özünün və həyatında ona dəstək olan şəxslərin motivasiyalarına da diqqət edilir.