365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
Dünyagöz Bakı Rəsmi açılış mərasimi etdi
Oct. 31, 2017

İstifadə etdiyi ən son texnoloji müalicə üsulları və uzman həkimləri sayəsində təsis edildiyi 1996-ci ildən bəri Türkiyə və Avropada yüz minlərlə xəstənin göz sağlamlığına qovuşmasını təmin edən Dünyagöz Xəstəxanalar Qrupu, 31 Oktyabr Çərşənbə günü baş tutan rəsmi mərasim ilə ən yeni mərkəzi olan Dünyagöz Bakının acılışını gerçəkləşdirdi.

Türkiyə Cümhuriyyəti Milli Təhsil Naziri Cənab İsmət Yılmazın, Dünyagöz Xəstəxanalar Qrupunun İdarə Heyətinin Sədri Cənab Eray Kapıcıoğlunun və Dünyagöz Xəstəxanalar Qrupunun İdarə Heyətinin Sədrinin müavini Cənab Adem Esgünün iştirakı ilə gerçəkləndirilən mərasimdə çıxış edən Dünyagöz Bakının Baş Həkimi Professor Dr Kemal Tuncer, “Yeni xəstəxanamız ilə sahib olduğumuz bilik, təcrübə, peşəkarlıq və yüksək texnoloji imkanlarımızı, qardaş ölkəmiz Azərbaycanın paytaxtı Bakıda yaşayan sakinlərin xidmətinə verməyin sevincini yaşayırıq” dedi.

Tibbi tədris sistemləri böyük əhəmiyyət daşıyır

Açılış zamanı kürsüdə çıxış edən Türkiyə Cümhuriyyəti Milli Təhsil Naziri Cənab İsmət Yılmaz “İlk öncə qardaş ölkə Azərbaycanda olduğuma görə duyduğum məmnuniyyəti dilə gətirmək istəyirəm. Tibbi tədris sistemləri böyük əhəmiyyət daşıyır və biz dövlət olaraq bu sistemləri dəstəkləyirik. Dünyagöz bu sistemə dəstək verən bir qurumdur. Tükiyədən gətirilmiş peşəkar həkimləriylə Qardaş ölkəmiz üçün belə bir xidmətin təşkil edilməsi və bu təşəbbüsün bir hissəsi olaraq bu açılışda iştirak etdiyim üçün şərəf və sevinc hissi keçirirəm.”  deyə bildirdi. Açılış  mərasimindən sonra Milli Təhsil Naziri Cənab İsmət Yılmazın göz müayinəsini edən Prof. Dr. Kemal Tuncer Cənab Yılmazın sağlamlığının çox yaxşı olduğunu qeyd etdi.

Türk ölkələrindəki ilk yatırımımız

Mərasim zamanı kürsüdə çıxış edən Dünyagöz Bakının Baş Həkimi Prof. Dr. Kemal Tuncer, “Almaniya, Hollandiya və Gürcüstanda həyata keçirdiyimiz yatırımlarımızdan sonra indi də 20 milyon dəyərindəki, 8.500 m2’lik sahəyə malik tam təchiz olunmuş bu yeni xəstəxanamız ilə sahib olduğumuz bütün; bilik, təcrübə, peşəkarlıq və yüksək teknoloji imkanlarımızı Qardaş ölkəmiz Azərbaycanın paytaxtı Bakıda; bu gözəl ölkədə yaşayan Azərbaycanlı qardaşlarımızın xidmətinə verməyin sevincini yaşayırıq. Biz Türk həkimləri olaraq Azərbaycanda xidmət göstərdiyimizə görə sevinirik, Dünyagöz Xəstəxanalar Qrupu İdarə Heyəti Sədrinə bizə bu imkanı yaratdığına görə təşəkkür edirik. Türk ölkələrindəki ilk yatırımımız olan Dünyagöz Bakıda, uzman, dosent və professorlardan  ibarət 20 nəfərlik Türk həkim heyətimiz ilə 7 gün 24 saat xidmət göstərəcəyik” dedi.

Gözün hər sahəsində xidmət

Türkiyənin sağlamlıq sahəsində adının ölkə xaricində tanınmasını təmin edəcək Dünyagöz Bakının müasir texnologiya ilə təchiz olunmuş yeni binasında; miyopiya, hipermetropiya və astiqmatizm müalicəsində istifadə edilən təkmil lazer texnologiyalarından, yeni texnoloji məhsul olan ağıllı göz içi linzaların tətbiq edildiyi katarakta əməliyyatlarına; mikrocərrahiyyə təcrübəsini tələb edən kornea xəstəliklərinin müalicəsindən, diabetlə əlaqəli göz xəstəliklərinin müalicəsinə; retina xəstəliklərindən, göz neyrologiyası, göz ətrafı estetik əməliyyatları, qlaukoma və üveit müalicəsinə qədər  böyük və uşaq göz sağlamlığına dair bütün sahələrdə göz sağlamlığı xidmətləri göstəriləcək.