365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
Dünyagöz Bakı Xəstəxanasında əməliyyatlara endirim kampaniyaları
Dec. 12, 2017

Türkiyənin Dünyagöz Xəstəxanalar qrupunun sayca 25-ci olan Dünyagöz Bakı Xəstəxanası Endirimli Yeni İl kampaniyalarına başlayır. Endirim kampaniyalarından biri “Yeni ildə dünyanı eynəksiz, öz gözlərinizlə görün” şüarı altında keçiriləcək. Kampaniya zamanı minlərlə göz xəstəsini əməliyyat yolu ilə sağaldaraq onlara yenidən dünyanın işığını bəxş edən Türkiyənin yüksək ixtisaslı həkim mütəxəssisləri xidmətinizdə olacaq. Onlar göz probleminə uyğun lazer üsulu ilə Sizi eynək daşımaq yükündən birdəfəlik azad edəcəklər.

Xəstəxanamız tərəfindən hər iki gözün lazerlə əməliyyatına 25% endirim edilir.

Daha bir kampaniya el arasında mirvari suyu kimi tanınan katarakta əməliyyatlarınadır. İnsan gözündəki büllurun şəffaflığını və duruluğunu itirməsi nəticəsində görmənin gedərək azalmasına səbəb olan kataraktanın xəstəxanamızda cərrahi müalicəsinə 10% endirim elan edilir. Tətbiq olunan yüksək texnologiyalar və onları mahir istifadə etməyi bacaran cərrah oftalmoloqlar sayəsində görmə bərpa olunur. Bu effektiv nəticənin əldə olunması üçün  ABŞ-ın Qida məhsullarına və tibbi preparatlara nəzarət İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş dünyanın ən yüksək keyfiyyətli intraokulyar, yəni göziçi linzalardan istifadə edilir.

Dünyagöz Bakı Xəstəxanasında endirim kampaniyaları 2017-ci ilin dekabr ayının 14-dən 31-dək keçiriləcək.

Ünvan: Mikayıl Hüseynov küçəsi 39, Bayraq meydanının yanı
Əlaqə telefonu: (012) 404 44 69
         
Dünyagöz – Dünya görməyə dəyər!