365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
KOR EDƏN TƏZYİQ “QLOKOMA”
April 12, 2016

El arasında göz təzyiqi adı ilə bilinən qlokoma dünya miqyasında gizli xəstəliklər siyahısında ilk sıralarda öz yerini tutur. Xüsusilə, 35 yaşdan sonra hər kəsdə qlokoma ola biləcəyini və müalicə olunmadığı halda korluğa (görmə itkisinə) qədər nəticələnəcəyini qeyd edən Dünyagöz Etilerdən Prof. Dr. İhsan Öge, 11-17 Mart Dünya Qlokoma Həftəsi’ndə ölkəmizdə də tez-tez müşahidə olunan bu xəstəliklə bağlı mühüm məlumatlar paylaşıb.

Aparılan araşdırmalara görə, Türkiyədə təqribən 2 milyon şəxs göz təzyiqi riskini daşıyır, bu şəxslərin isə sadəcə 5%-i xəstəliklərinin fərqindədir. Xüsusilə, 35 yaşdan sonra hər bir kəsdə yarana bilən bu gizli xəstəlik müalicə edilmədiyi halda, korluğa səbəb ola bilər. Dünyagöz Etilerdən Prof. Dr. İhsan Öge göz təzyiqi xəstələrinin hər yaşda, hər insanda yarana biləcəyini qeyd edir. “Göz daxili təzyiqin yüksək olması və göz sinirlərinin zəifləməsi nəticəsində yaranan qlokoma (göz təzyiqi) xəstələri ölkəmizdə də ciddi mənada artım göstərmişdir. Ancaq, təəssüflər olsun ki, bir çox xəstə özlərinin bu xəstəliyə sahib olduqlarının fərqində deyil. Dünyada qarşısı alına bilən, korluğa səbəb ola bilən xəstəliklərin ilk sırasında öz yerini tutan bu xəstəliyin, erkən diaqnoz və müalicəsi olduqca mühümdür. Bunun əsas səbəbi kor olduqdan sonra heç bir halda bərpasının mümkün olmamasıdır. Xəstəliyi hansı səviyyədə aşkar etsək, o səviyyədə də saxlaya bilirik. Bu da sadəcə çox ciddi müşahidə və diqqətli müalicə ilə mümkündür. Bugün müalicədə tətbiq etdiyimiz metodların vasitəsilə, xəstələr bütün həyatları boyunca, işə yarayan görmək səviyyəsini qoruya bilir.

Şəkər xəstəliyi olanlar və mioplar iki qat risk altında


Ailəsində qlokoma xəstəliyi olanlar, şəkər xəstəliyi olanlar, mioplar, təzyiqi aşağı olanlar və gecə yuxu problemi olanlar risk baxımından diqqətlə izlənilməlidir. Qlokomanın olduqca gizli xəstəlik olduğunu, ağrısız qəfil görmək itkisinə səbəb ola biləcəyini qeyd edən Prof. Dr. Öge mütləq 40 yaşı ötdükdən sonra ildə iki dəfə göz təzyiqi müayinəsindən keçməyimizi tövsiyə edir. Türkiyədə iki milyondan artıq şəxsin qlokoma xəstəsi olduğunu və müəyyən bir yaşdan sonra hər bir kəsin ciddi risk daşıdığını qeyd edən Prof. Dr. Öge “Göz təzyiqinin artması ilə göz sinirində zədələnmə meydana gəlir, buna görə də müəyyən intervallarla göz sinirlərinin və görmə liflərinin qalınlığı müasir cihazlar vasitəsilə dəyərləndirilməlidir. Xüsusilə, ailə böyüklərində və ailədə göz daxili təzyiq varsa, bu hal daha da əhəmiyyət kəsb edir. Görmə itkisinin əsas səbəblərindən olan göz təzyiqi Türkiyədə bir neçə milyon şəxsdə müşahidə olunur. Bütün bu xəstələrin hamısı gələcəkdə korluq riskini daşıyır” deyə qeyd etmişdir.  

Dərman preparatları ilə müalicə olunur

Gizli irəliləyən və görmə itkisinə səbəb olan bu xəstəlik göz damlası kimi səciyyəvi dərman preparatları ilə müalicə oluna bilər. Ehtiyac olduğu halda, cərrahiyyə və  lazer tətbiq edilə biləcəyini bildirən Prof. Dr. Öge, “Xəstəliyin ilk mərhələlərində, dərman preparatı bu xəstəliyin müalicəsi üçün kifayət edəcək. Ancaq burada erkən diaqnozun əhəmiyyəti olduqca böyükdür. Çünki görmə itkisi heç bir halda bərpa edilmir. Buna görə də şəxslər müəyyən yaşlardan sonra mütləq göz müayinəsindən keçməlidirlər. Ehtiyac yarandığı təqdirdə, cərrahiyyə və lazer müdaxilələrindən də faydalana bilərik” dedi.