365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
MİOPİYA, HİPERMETROP VƏ ASTİQMATIN MÜALİCƏSİNDƏ LAZER
April 12, 2016

Miopiya, hipermetrop və astiqmatın müalicəsində istifadə olunan və refraktiv cərrahiyyədə bütün dünyada tətbiq olunan ən geniş yayılmış metod LAZER'dir. Lazer əməliyyatına uyğun olmayan gözlər üçün hər xəstəyə özəl göz daxili linza dəyişikliyi əməliyyatları həyata keçirilir. Belə əməliyyatların vasitəsilə eynəklərinizdən azad ola bilərsiniz.

Lazer əməliyyatı kimə tətbiq oluna bilər?  

  • 18 yaşdan yuxarı olanlar, eynək və ya linzadan istifadə edənlər,  
  • Göz dərəcələri son 1 ildə 0,50 diyopterdən çox dəyişməmiş olanlar,
  • - 10 diyopterə qədər miopiyası olanlar,
  • - 6 diyopterə qədər astiqmatı, +4 diyopterə qədər hipermetropiyası olanlar,
  • Kornea toxumasının qalınlığı yetərli olanlar,
  • Diabet, revmatizm kimi sistematik xəstəliyi olmayanlar,
  • Gözlərində başqa heç bir xəstəliyi (kornea itiləşməsi, göz təzyiqi və s.) olmayanlar,
  • Həyata keçiriləcək ilkin müayinə və tədqiqlər nəticəsində, göz strukturunun əməliyyata uyğun olduğu şəxslər lazerlə müalicə oluna bilər.  

Dünyagözdə Lazer Müalicəsi

LASIK metodu, korneanın üst səthində nazik təbəqənin kəsilərək qapaqcı şəklində açılması və meydana çıxan kornea səthində "excimer lazer" ilə göz dərəcələrinin düzəldilməsi prinsibinə istinad edir. Dünyagöz Xəstəxanalar Qrupunda əməliyyatlar, ixtisasları lazer vasitəsilə göz xəstəlikləri müalicələri olan həkimlər tərəfindən həyata keçirilir.

Dünyagöz Xəstəxanalar Qrupunda aparılan tədqiqlərə görə, lazer əməliyyatı olmaq istəyən şəxslərin sadəcə 50%-nin gözlərinin müalicəyə uyğun olduğu aşkar edilmişdir.

Miopiya, hipermetrop və astiqmat kimi qüsurların Excimer Lazer vasitəsilə müalicəsi; qaydaları və nəticələri müəyyən, təhlükəsiz metod olaraq tibb dünyasında öz yerini tutmuşdur. 1980-ci illərin əvvəllərindən başlayaraq milyonlarla şəxs bu metod vasitəsilə müalicə olunaraq sosial və iş həyatlarında  eynək, kontakt linza istifadəsinin yaratdığı məhdudiyyətlərdən azad olmuşdur. Müalicənin tətbiq olunduğu ildən etibarən bütün dünyada 31,4 milyondan artıq şəxs bu metodla müalicə olunmuşdur. Lazer müalicəsinin düzgün şərtlər altında, uyğun xəstələrə tətbiq edildikdə nailiyyət nisbəti təqribən 98%-dir.  

Lazer haqqında düzgün olmayan məlumatlar

Səhv: Lazer müalicəsi etibarlılığı müəyyən edilməyən bir müalicədir.
Düzgün: Lazer müalicəsi FDA təsdiqli, tamamilə etibarlı bir texnologiyadır.

Səhv: Lazer müalicəsindən 10 il sonra kor olmaq ehtimalı var.
Düzgün: Lazer texnologiyası 1980-ci illərdən etibarən tətbiq olunur. Kor olmaq riski yoxdur.  

Səhv: Lazer müalicəsindən sonra katarakt əməliyyatı həyata keçirilə bilməz.
Düzgün: Lazer əməliyyatından sonra istənilən müalicə üsulundan (katarakt əməliyyatı daxil olmaqla) istifadə edə bilərsiniz, buna məhdudiyyət qoyulmur.

Səhv: Lazer müalicəsi sadəcə miopiya üçün həyata keçirilir. Astiqmat və hipermetrop gözlərə lazer əməliyyatı tətbiq oluna bilməz.
Düzgün: Lazer əməliyyatı 1 və 10 dərəcə arası miopiya, 1 və 7 dərəcə arası hipermetrop və astiqmat narahatlılığı olan və lazere uyğun olan gözlərə müvəffəqiyyətlə tətbiq oluna bilər.

Səhv: Lazer müalicəsi sadəcə bir dəfə həyata keçirilə bilər. Gələcəkdə göz nömrəsi artarsa, heç bir halda müalicə aparıla bilməz.

Düzgün: Lazer müalicəsi, göz strukturunuz uyğun olduğu halda, ikinci dəfə də tətbiq oluna bilər.  

Səhv: Lazer müalicəsində retina təbəqəsinə zərər dəyir.
Düzgün: Lazer müalicəsi gözün kornea təbəqəsinə tətbiq olunur. Retinanın zədələnməsi mümkün deyil.  

Səhv: Lazer əməliyyatından sonra rəng korluğu yaranır.
Düzgün: Lazer əməliyyatından sonra rəng korluğunun yaranması mümkün deyil.

Səhv: Lazer müalicəsi ağrılı və qanaxmalı bir müalicədir.
Düzgün: Lazer müalicəsi gözün damarsız kornea hissəsinə tətbiq edildiyinə görə qanaxmalı və açıq müalicə deyil. Lazer müalicəsi zamanı damlalı anesteziya tətbiq edildiyinə görə ağrı və acı hiss edilmir.

Səhv: Lazer müalicəsindən sonra ömür boyu göz damlasından istifadə etmək lazımdır.  

Düzgün: Lazer müalicəsindən sonra ilk bir neçə ay göz damlasından istifadə etmək lazımdır. Ancaq göz damlası ömür boyu istifadə olunmur.

Lazer əməliyyatının həyata keçiriləcəyi xəstəxanada nələrə diqqət etməlisiniz?  

Qurumun texnoloji ve gigiyenik infrastrukturu

  • Həkimin təcrübəsi və lazer əməliyyatlarındakı professionallığı
  • Lazer müalicəsi və tədqiqləri üçün lazımi texnoloji infrastrukturunun olub olmadığı
  • Əməliyyat önlüklərindən şprislərə və əməliyyat zamanı istifadə olunan xüsusi dərman preparatlarına qədər bütün tibbi ləvazimatların sadəcə sizə özəl və tək istifadəlik olması
  • Gözün bütün sahələrində xidmət göstərib göstərmədiyi