365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
“Mobil Göz klinikası” layihəsi start götürdü
June 19, 2017

Bu yaxınlarda Bakıda yeni xəstəxanası fəaliyyətə başlayan Türkiyənin göz xəstəlikləri sahəsində öncül qurumlarından olan Dünyagöz Xəstəxanalar Qrupu göz xəstəliklərinin müayinəsi sahəsində xidmət göstərən ödənişsiz “Mobil Göz Klinikası” sosial layihəsinə start verdi.

Tədbirdə Mobil klinika, Dünyagöz Xəstəxanalar qrupunun İdarə heyətinin sədr müavini Adem Esgün, Dünyagöz Bakı Xəstəxanasının baş həkimi, prof. dr. Kamal Tuncer, Azərbaycan Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış etdi.

Səhiyyə sektorunda 21 illik təcrübəyə sahib Dünyagöz Xəstəxanalar Qrupunun Türkiyədə 20, xaricdə beş xəstəxanası fəaliyyət göstərir. Bakıda sayca 25-ci xəstəxanasının açılışından dərhal sonra mühüm sosial bir layihəyə - ödənişsiz “Mobil Göz Klinikası” xidməti layihəsinə imza atdı.

Fəaliyyətə başladığı ilk gündən etibarən yüz minlərlə xəstənin dünyanın bütün rənglərini görməsini təmin etmək üçün əlindən gələni  edən Dünyagöz Xəstəxanalar Qrupu “Mobil göz klinikası” xidmətini ilk dəfə 2004-cü ildə Türkiyədə təqdim edib. Bu layihə çərçivəsində Ədirnədən Mardinə, Sinopdan Antalyaya qədər 53 bölgə, 107 rayonda olan yüksək ixtisaslı göz həkimi və tibbi briqada minlərlə aztəminatlı vətəndaşa göz xəstəliklərinin müalicəsi sahəsində xidmət göstərib. Qeyd etmək lazımdır ki, bu layihənin həyata keçirildiyi zaman ərzində 750 min nəfərin gözü müayinə olunub, 3 min nəfər isə ödənişsiz əməliyyat edilib.

Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayan “Mobil Göz klinikası”nın açılış mərasimində Azərbaycan Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevlə yanaşı, digər yüksək rütbəli zabitlər də iştirak edib.

Dünyagöz Xəstəxanalar Qrupunun İdarə heyətinin sədr müavini Adem Esgün çıxışında bu layihənin qardaş ölkə olan Azərbaycanda göz müayinələrinin aparılmasına imkan yaradacağını vurğulayıb: “Dünyagöz Xəstəxanalar Qrupunun dünya standartlarına cavab verən avadanlıqları ilə  bu ölkədəki insanların şəfa tapmasına yardım edəcəyimiz üçün qürur və sevinc hissini bir arada yaşayırıq”. 

“Mobil Göz Klinikası”nda ilk olaraq vətəni qoruyan əsgərlərin müayinə ediləcəyini qürurla bildirən Adem Esgün layihənin başlaması üçün Azərbaycan müdafiə naziri Zakir Həsənov başda olmaqla, dəstəyini və köməyini əsirgəməyən hər kəsə təşəkkür edib.