365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
TÜRKİYƏNİN İLK BİONİK GÖZ ƏMƏLİYYATI DÜNYAGÖZ XƏSTƏXANASINDA HƏYATA KEÇİRİLDİ
April 12, 2016

Dünyagöz Xəstəxanalar Qrupu Türkiyədə ilki həyata keçirdi. Dünyada bugünə qədər təqribən 150 nəfərə tətbiq olunan “Argus II - Bionik Göz” əməliyyatı ilə gözləri görməyən 44 yaşındakı Dilek Ümran Öztürk şəkilləri təkrar seçməyə başladı. Dünyagöz Etiler Xəstəxanasında həyata keçirilən əməliyyat ilə ikinci həyatının təkrar başladığını qeyd edən Öztürk, “sanki bir möcüzə yaşayıram” dedi.

Əməliyyatı  həyata keçirən heyətin başında gələn  Dünyagöz Xəstəxanalar Qrupu Medikal Müdiri və LASİK metodunun ixtiraçısı Prof. Dr. Loannis Pallikaris, xəstənin görmək gücünün getdikcə daha da inkişaf etdiyini bildirərək,  artıq öz-özünə həyatını davam etdirməsinin rahat olacağını dedi.  Dünyagöz Xəstəxanalar Qrupu Medikal Müdiri Prof. Dr. Loannis Pallikaris, Argus II əməliyyatının Türkiyədəki görmə əlilliyi olan  xəstələr üçün artıq yeni ümid işığı olduğunu qeyd etdi. Palikaris;  “Dünyada bir neçə ölkədə həyata keçirilən bu əməliyyatı Türkiyədə ilk dəfə reallaşdırmanın qürurunu hiss edirik” deyə qeyd etdi.

Bu əməliyyat üçün ən uyğun xəstəni təqribən 800 xəstə arasından seçdik və əməliyyatı müvəffəqiyyətlə tamamladıq. Argus II əməliyyatlarında tibbi və yardımcı heyətin olduqca mühüm olduğunu vurğulamaq istəyirəm. Burada olduqca müvəffəqiyyətli əməliyyatlar həyata keçirməyimizin ən böyük səbəbinin Dünyagöz Xəstəxanalar Qrupunun Az Görənlər və Biostimulasiya Mərkəzinin təcrübəli heyəti və texnoloji infrastrukturumuz olduğunu bildirmək istəyirəm” dedi. El arasında toyuq qurusu olaraq da bilinən; Retinitispigmentosa xəstəsi olan, 1971 təvəllüdlü Dilek Ümran Öztürk, Kütahyada yaşayır. İsa Öztürk ilə ailəli olan Öztürk, iki qız uşağı anası. 1991-ci ildə ailə quran Öztürkün görməsi, ilk övladını dünyaya gətirdikdən sonra azalmaya başladı. Həkimlərin hamiləliyin bu xəstəliyi daha da inkişaf etdirəcəyini və artıq görə bilməyəcəyini bildirmələrinə baxmayaraq Öztürk, ikinci övladını da dünyaya gətirdi. İlk qızını 2-3 yaşına qədər görən Öztürkün, ikinci qızını görmək fürsəti heç olmayıb. Əməliyyatdan sonrakı dövrü möcüzə adlandıran  Öztürk hislərini belə ifadə etdi;  

“Təqribən 20 ildir ki sadəcə işığı, gecə və gündüzü fərqləndirə bilirəm. Bionik göz üçün seçildiyimi eşitdiyim zaman mən və mənim kimi əlil xəstələr üçün bir ümid olacaqsa bu əməliyyatı ilk mən keçirməliyəm dedim. Bir də ikinci qızımı heç görmədim və görmək istəyirdim. Bu fürsətdən istifadə etməliydim. Dünyagöz Xəstəxanalar Qrupunun təcrübəli həkim heyətinə özümü əmanət etdim. Əməliyyatdan sonra büyük gün gəlmişdi və bütün heyət olduqca həyəcanlı idik. Ən çox kiçik qızımın üzü mənim üçün maraqlı idi.  Əməliyyat müvəffəqiyyətlə başa çatdı və artıq kiçik qızımı seçə bilir, əşyaların  yavaş-yavaş fərqinə vara bilirdim. Görmə bacarıqlarım mənə keçiləcək təlimlərlə getdikcə inkişaf edir və mən artıq sərbəst şəkildə işə gedə biləcəm, paltarlarımı yuya biləcək, yemək hazırlaya biləcəm və  Kütahyada mənim kimi əlil dostlarım üçün verdiyim dəstəyi artıq görərək davam edə biləcəm” dedi.

Texnologiya və Heyətin Nailiyyəti

Bionik göz taxılan Ümran Öztürk“Argus II” əməliyyatında Dünyagöz Xəstəxanalar Qrupunun təcrübəli həkim heyətindən Prof. Dr. Loannis Pallikaris, Dos. Dr. Nur Acar və Op. Dr. Fevzi Akkan iştirak etdi. Əməliyyatda heyətin, təcrübənin və texnoloji infrastrukturun əhəmiyyətinə diqqət çəkən Dos. Dr. Nur Acar hislərini belə ifadə etdi: “Olduqca ciddi Ar-Ge investisiyalarına əsasən həyata keçən Argus II əməliyyatı, təkmilləşmiş vitreoretinal cərrahiyyə metodları ilə təcrübə tələb edir.  Biz də ölkəmizdə ilk dəfə tətbiq edəcəyimiz bu əməliyyat üçün heyət olaraq həyəcanlı idik. Dünyagöz Xəstəxanalar Qrupu, nəzdindəki təcrübəli həkim heyəti və güclü texnoloji infrastrukturu ilə olduqca müvəffəqiyyətli daha bir əməliyyata  imza atdı.

Motivasiyası olduqca yüksək olan Ümran Hanımın cərrahiyyədən sonra reabilitasiyaya davam edəcək və hamımız birlikdə müsbət inkişafları izləyəcəyik.  Mən də bu heyətdə olduğum və yeni xəstələrimizə ümid verəcək bu layihədə iştirak etdiyim üçün çox xoşbəxtəm. ”Op. Dr. Fevzi Akkan da xəstəlik və əməliyyat prosesi ilə əlaqədar olaraq belə dedi: “Argus II, retinalimplant əməliyyatı sadəcə retinitispigmentosa xəstələrinə tətbiq olunur. Xəstəlik xalq arasında toyuq qurusu, gecə korluğu xəstəliyi olaraq bilinir. 25 yaşı tamam olmuş, işığı iki gözdə hiss edə bilən xəstələrə uyğun olan Argus II əməliyyatı təqribən dörd saat davam edir. Ümran Hanıma həyata keçirəcəyimiz əməliyyat müvəffəqiyyətlə başa çatdı. Artıq əşyaları çəkə bilir və fərqinə vara bilir. Bu müvəffəqiyyətli əməliyyatı həyata keçirən heyətdə olduğum üçün çox xoşbəxtəm” dedi.

Kim bu əməliyyatı ola bilər?

“Argus II” əməliyyatı, retinitispigmentosa xəstəliyinə bağlı sonradan görmə əlilliyini yaşayan şəxslərin kölgə və işıq qavrayışlarını artıraraq görmə səviyyəsini yüksəldir və gündəlik həyatlarını asanlaşdırır. El arasında toyuq qurusu və ya gecə korluğu olaraq adlandırılan retinitispigmentosa xəstəliyi, çox dəyişkən genetik keçid xüsusiyyətlərinə malik, qohumlar arası evliliklərdə daha çox müşahidə olunan və ümumillikdə korluğa səbəb olan nadir xəstəlik olaraq nəzərə çarpır. Argus II - Bionik Göz əməliyyatı, gözdəki işıq qəbulediciləri heç olmayan və ya ciddi zərər görən, ancaq optik sinirləri sağlam qalan toyuq qurusu xəstəliyinə bağlı görmə itkisini yaşayanlara tətbiq olunur. Bu metod iki gözündə çox ciddi görmə itkisinin inkişaf etdiyi şəxslərin görmə səviyyələrini artıraraq gündəlik həyatlarını asanlaşdırmağı qarşısına məqsəd qoyur.

Necə çalışır?

Təqribən 4 saat davam edən əməliyyat ilə xəstənin gözünün içinə və yanına yerləşdirilən “Argus II” retinalimplantı iki hissədən ibarətdir. Bionik göz, görüş sahəsindəki əşyaları qavramağı təmin edən elektron eynək vasitəsilə  çalışır. Eynəyin üzərində bir kamera mövcuddur və implantı aktivləşdirməyi üçün güc cihazına bağlı çalışır. Eynəyin üzərindəki minyatur video kameradan əldə olunan görüntülər, video işləmə şöbəsində işlənərək, eynəkdəki antena vasitəsilə, gözə yerləşdirilən retinalimplanta kabelsiz göndərilir. İmplant təlimatları alır və siqnalı elektrot üzərindən retinaya ötürür. Xəstələr qara ağ görür, kölgə və işıq qavrayışlarını artırır. Əməliyyatdan iki həftə sonra xəstənin həyati sahələrində həyata keçirilən reabilitasiya prosesi başlayır. Bu prosesdə xəstənin şəxs və əşyaları qavraması ilə bionik gözlə gördüklərini necə şərh edəcəkləri məsələsində dəstək və təlim keçilir.