365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

XƏBƏRLƏR

Bebeklerdeki Çapaklanma
UŞAQLARDA RƏQƏMSAL GÖZ YORĞUNLUĞU GÖZ TƏNBƏLLİYİNƏ SƏBƏB OLA BİLƏR
April 12, 2016

Yeni nəsil rəqəmsal ekranlara aludədir və ya onlardan imtina edə bilmir. Ancaq müntəzəm surətdə ekrana baxmaq uşaqlarda bir sıra göz problemlərinə səbəb ola bilər. Dünyagöz Etiler’dən Op. Dr. Elvan ALÇIN, davamlı rəqəmsal ekranlara baxan uşaqlarda nəzərə çarpmayan göz narahatlılıqlarının yarana biləcəyini, bu narahatlılıqların uşaqların həm sosial, həm də zehni inkişafına mənfi təsir göstərdiyini qeyd etmişdir.

Rəqəmsal ekranlar, kompüterlər və oyunlar göz yorğunluğunun əsas qaynaqları arasında öz yerini tutur. Uşaqlar onlarla saatlarla vaxt keçirir və gözlərinin yorulduğunu nəzərə almır. Eyni zamanda, ailələrinə də şikayət etmirlər. Görmə pozuntularının yaranma sıxlığı yaşla əlaqədar olaraq artır, ancak müntəzəm surətdə sabit ekrana baxmaq uşaqların gözlərində problemlərə səbəb ola bilər. Uzun müddət sabit ekrana baxan uşaqlarda da tez-tez rastlanan narahatlıqlardan biri də  gizli çəplikdir. Uzun müddət ekrana yaxından baxmaq genetik xəstəliyə meyli olan uşaqlarda miopiyanın yaranmağına gətirib çıxarır və ya  sürətlə irəliləməsinə səbəb olur. Bu məsələdə aparılan araşdırmalara görə  ümumillikdə rəqəmsal ekranlara daha yaxından baxmaq gözü ovalamayı artıra bilər ki, bu da astiqmat və miopiyanın yaranmağına və irəliləməsinə səbəb ola bilər. Ekranın qarşısında uzun vaxt keçirmək gözdə quruluq və alergiyanın daha çox olması mənasını daşıyır ki, bu da gözü ovalamağı artırır.

Əgər övladınızın gözündə bilmədiyiniz qüsur varsa və uzun müddət kompüterin başındadırsa gözdə gizli çəplik, baş ağrısı, göz ağrısı yarana bilər. Eyni zamanda, tez-tez it dirsəyi və gözdə qızartı da ola bilər.  Op. Dr. Elvan Yalçın, rəqəmsal ekranların gözü yormağının ən böyük səbəbinin diqqəti uzun müddət ekrana yönəltmək olduğunu, uşaqlarda meydana gələ biləcək göz problemlərinin qarşısını ala bilmək üçün hər yarım saatdan bir uşaqların ekrandan uzaqlaşdırılmaları və ümumillikdə məktəbəqədər gündə cəmi 1 saatlıq kompüter istifadəsinin daha düzgün olacağını bildirmişdir. Eyni zamanda, Op. Dr. Yalçın, “0-16 yaş qrupundakı uşaqların gözlərini qorumaq üçün; doğumdan dərhal sonra, ilk bir yaş, ünsiyyətin qurula bildiyi və görmənin alına bildiyi 2-4 yaş daxilində, məktəbə başlamazdan əvvəl və məktəb müddətində müntəzəm göz müayinəsi aparılmalıdır” deyə bildirdi.