365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

ILASIK (IDESIGN WAVEFRONT)

iLASIK, İntraleyz bıçaqsız Lazer müasir lazer texnologiyası, fərdiləşdirilmiş Wavefront müalicə və göz tanıma sisteminin kombinasiyasıdır. iLASIK tam fərdiləşdirilmiş müalicə sistemidir. Hər şey xəstənin fərdi görmə keyfiyyəti əsasında icra edilir. 

iLASIK müalicəsini keçən xəstələri müalicədən bir il sonra müayinəsi haqqında araşdırmalar aşağıdakı nəticələrə gəlmişdir: 

  • Elmi araşdırmada iştirak edən xəstələrin 95%-dən çoxu eynəksiz və ya kontakt linzasız sürücülük imtahanları keçmək qabiliyyətinə malikdir.
  • Yüngül və ya yüksək miopiyadan əziyyət çəkən xəstələrin 98%-ı və araşdırmaya qatılan bütün xəstələrin təxminən dörddə üçü eynəksiz və ya kontakt linzalarsız 100% görmə qabiliyyətinə və ya əməliyyatdan əvvəl ilə müqayisədə daha yaxşı görmə qabiliyyətinə nail olurlar.
  • Yüngül və yüksək miopiyadan əziyyət çəkən xəstələr gecə görmə qabiliyyətinə lazer əməliyyatından əvvəl ilə müqayisədə 4 dəfə çox qane olur.

iLASIK üsulunun birinci mərhələsi, "Wavescan™ - CustomMadeTreatment" texnologiyasını əhatə edən testlər əsasında görmə qabiliyyətinin xüsusiyyətlərinin təyin olmasıdır. Wavescan sisteminin köməyi ilə görmə qüsurların 3 ölçülü xəritəsi çəkilir. Sonra, fərdiləşdirilmiş müalicə (Qabaqcıl CustomVue™) prosesinin köməyi ilə bu xəritədən alınmış rəqəmsel məlumatdan istifadə edərək fərdiləşdirilmiş müalicə kursu işlənib hazırlanır.

Wavefront

Wavefront sistemi, göz istiqamətində işıq şüası göndərir, gözün tor qişasından alınan təsviri qiymətləndirir və hər fərdin özünə məxsus lazer müalicəsini tətbiq edir. Bu üsul, lazerdən sonra saçma, difraksiya və işıq ətrafı parıltının qarşısını almaq üçün, gecə görmə problemləri yaşayan, göz bəbəyi genişlənən xəstələrdə daha yaxşı nəticələr verir. Xüsusi Wavefront analiz qurğuların qiymətləndirilməsindən sonra cərrahi əməliyyatına qərar verilir.

iDesignWavefront

Lazer müalicəsində hər göz müalicəsinin fərdiləşdirilməsi uğurlu nəticə almaq üçün əsas amildir. iDesign qabaqcıl Wavefront idarəetmə sistemi hər bir gözün fərdi üsulla müalicəsinə imkan yaradır. 

Wavefront texnologiyasının köməyi ilə qısa müddətdə 5 müxtəlif ölçü aparılır. Adi halda avtomatik refraktometr, keratometr, topoqrafiya, aberrometr və pupillometr ilə aparılan bu 5 müxtəlif ölçmələr Wavefront zamanı bir cihazla aparılır. iDesign Wavefront texnologiyasının köməyi ilə, buynuz qişa ətraflı təhlil olunur, cüzi qüsurlar belə aşkarlanır. Yüksək tanıma sensorunun köməyi ilə gözün optik abberasiyaları 5 dəfə yüksək dəqiqliklə təhlil edilir. iDesignWavefront texnologiyası ilə lazer müalicələrin aparılması daha yaxşı nəticələrin alınması və yüksək xəstə məmnunluğunun əldə edilməsi ilə müşayiət olunur.

SÜRƏTLİ GÖRÜŞ