365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

TEZ-TEZ VERİLƏN SUALLAR

1- Katarakt əməliyyatından sonra əvvəlki görmə qabiliyyətimi qaytara biləcəyəm mı?​

Əgər gözdə kataraktan başqa görməyi zəiflədən bir səbəb yoxdursa, katarkt əməliyyatından sonra əməliyyat olunan gözə əvvəlki görmə qabiliyyəti qayıdır.

2- Katarakt əməliyyatından sonra eynəkdən istifadə edəcəyəm mi?

Katarakt əməliyyatı zamanı gözə implantasiya olunan göz daxili linzaların dioptriyası aydın uzaq və ya yaxın görmə üçün təyin edilir. Bu səbəbdən, əgər əməliyyat zamanı uzaq görməni korrektə etmək üçün linzalar implantasiya edilibsə, əməliyyat olunan insan aydın uzaq görmə qabiliyyətinə malik olacaq, lakin yaxın görmə üçün eynəklər lazım olacaq. Əgər əməliyyat zamanı implantasiya edilmiş linzalarla gözdə miopiya yaranarsa, xəstəyə yaxın görmə üçün yox, uzaq görmə üçün eynək lazım olacaqdır. Əgər multifokal linzalara üstünlük verilərsə, bir linzanın köməyi miopiya, hiperopiya və astiqmatizm korrektə olunacaq.

3- Katarakt əməliyyatı üçün görmə qabiliyyətim az da olsa pozulmalıdır?

Xeyr. Kataraktın inkişaf etdiyi və görmə qabiliyyətinizin pozulması anından başlayaraq siz hər hansı bir mərhələdə əməliyyat oluna bilərsiz.

4- Çox gec mərhələdə keçirilən katarakt əməliyyatı (irəliləmiş katarakt) nəticənin uğurluluğuna təsir edə bilərmi?

Bəli, təsir edə bilər. Çox irəliləmiş katarakt əməliyyatlarında problemlərin üzə çıxmasının ehtimalı daha yüksəkdir. İrəliləmiş katarakt əməliyyatları daha uzun müddətli olur. 

5- Katarakt əməliyytaında ümumi anesteziya almaq lazımdır mı? 

Katarakt əməliyyatı zamanı ümumi anesteziya yalnız körpə və pediatrik xəstələrə verilir. Katarakt əməliyyatlarında böyüklər üçün yerli anesteziyanın müxtəlif növlərindən tətbiq edilir. Göz ətrafı nahiyəyə inyeksiya edilir, göz keyitdirilir, göz hərkətinin qarşısı alınır.

6- Katarakt əməliyyatından sonra lazer əməliyyatından keçmək olar mı? 

Əgər gözünüzün müayinəsi gözünüzü lazer əməliyyatı üçün yararlı bilərsə, bu əməliyyatın aparılması mümkündür.

7- Ambliopiyamı korrektə etmək olar mı?

Ambliopiya katarakt əməliyyatı ilə korrektə olunmur. Ambliopiyanın müxtəlif müalicə yolları var.​

SÜRƏTLİ GÖRÜŞ