365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

KERATOKONUS

Keratokonus, sürətlə artan miopiya və astiqmatizmlə gözün ön şəffaf təbəqəsinin, korneanın incəlməsi və qabarması ilə müşahidə edilən xəstəlikdir. Keratokonus 20 və 40 yaş arasında sürətlə artır, 40 yaşından sonra xəstəliyin inkişafı dayanır. Kornea gözünüzün ən vacib orqanıdır. İşıq korneadan keçib gözünüzə daxil olur. Aydın görmək üçün kornea işıq şüalarını sındırır və ya fokuslaşdırır. Keratokonus xəstəliyi korneanı dəyişdirərək görmə qabiliyyətini pozur. Keratokonus, nəqliyyat vasitələrini idarə etmək, kompyuterdə çap etmək, televizora baxmaq, mütaliə etmək kimi bəzi fəaliyyət növlərini mürəkkəbləşdirə bilər.

Keratokonus xəstəliyinin səbəbləri

Baxmayaraq ki, keratokonus xəstəliyinin tam səbəbi hələ aşkarlanmayıb, genetika və mexaniki zədələrin bu xəstəliyin inkişafında rolu böyükdür. Mütəmadı olaraq gözləri ovuşdurmaq alışqanlığı və sərt kontakt linzaların istifadəsi kimi ətraf mühit amilləri genetik meylli xəstələrdə bu xəstəliyin sürətlə artmasına səbəb olur.

Xəstəliyin klinik əlamətləri

  • Gözdə uzun müddət allergiya və qaşınma halları (yüngül göz qıcıqlanması)
  • Sürətlə artan miopiya və astiqmatizm
  • Eynək taxılmasına baxmayaraq aydın görməmə
  • İşığa qarşı yüksək həssaslıq
  • Göz qamaşması

Bu əlamətlər keratokonus xəstəliyinin yüksək təhlükəsi haqqında xəbər verir. Belə hallarda ixtisaslaşmış həkimə müraciət edib müayinədən keçmək lazımdır, çünki keratokonus xəstəliyinin erkən müayinə və müalicəsi, sonradan yarana bilən görmə pözğunluqlarının qarşısını almaq üçün çox vacibdir. 

Keratokonus iki mühüm problemlə bağlıdır;

Görmə azalması: Görmə korreksiyası üçün ilk seçim kontakt linzalardır. Əgər xəstəlik sürətlə artırsa, xəstəliyin sabitləşməsini gözləmək və məhz ondan sonra kontak linzalardan istifadə etmək. Əgər xəstə kontakt linzalardan istifadə edə bilmirsə, alternativ müalicə üsulları buynuzlu qişa halqa seqmentinin implantasiyası, topoqrafiya əsaslı lazerin tətbiqi və ya intraokulyar kontakt linzalardan istifadə etmə əsasında aparılır.

Xəstəliyin sürətlə artması: Bu artmanın qabağını almaq üçün CCL (Kornea kros-linkinqdən) və buynuz qışa halqasının seqmentinin transplantasiyasından istifadə edilir. Bu müalicə yolları görməni artırmasa da, xəstəliyin artmasının qarşısını alır.

SÜRƏTLİ GÖRÜŞ