365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

​KONTAKT LİNZA NÖVLƏRİ

  • Kontakt linzaların əvəz olunma cədvəli (ayda bir dəfə istiifadə üçün)
  • Gündəlik linzalar
  • Torik linzalar (astiqmatizm üçün)
  • Yaxını və uzağı görən linzalar
  • Gecə taxılan kontakt linzalar
  • Afak linzalar (pediatrik)
  • Yüksək dioptriyalı, uzun müddətli linzalar

Sferik kontakt linzalar

Astiqmatizmsız sferik refraksiya xətaların korreksiyasına xidmət göstərən yumşaq kontakt linzalar.

Torik kontakt linzalar

Astiqmatik refraksiya xətaların korreksiyasına xidmət göstərən yumşaq kontakt linzalar.

Multifokal kontakt linzalar

Presbiopiya, yəni 40 yaşından sonra yaranan yaşla əlaqədar tədricən uzaqdan görmək qabiliyyətinin itməsinin korreksiyasına xidmət göstərən, həm yaxın, həm də uzaq məsafədə aydın görməyə imkan verən yumşaq kontakt linzalara multifokal kontakt linzalar deyilir.

Qaz keçirən linzalar (Sərt linzalar)

Optik keyfiyyəti və davamlılığı ilə seçilən sərt linzalar oksigen keçirmə xüsusiyyətinə malikdir. Bu linzalar, kornea astiqmatizmi və keratokonus, yəni buynuz qişanın konus şəklini alması kimi problemlərin korreksiyasında ən yaxşı nəticələr verir.

Hibrid kontakt linzalar

Bu linzalaradan keratokonus, yəni gözün önündə yerləşən şəffaf buynuz qişa təbəqəsinin nazikləşməsi və qabarması ilə bağlı xəstəlik hallarında istifadə olunur.  Linzanın optik funksiyasını daşıyan hissəsi, yəni mərkəzi sərt materialdan, onun haptik funksiyasını daşıyan hissəsi isə, yəni periferiyası yumşaq materialdan hazırlanır.  

Keratokonus xəstəliyindən əziyyət çəkən pasiyentlərin tez-tez yüksək astiqmatizmə malik olur, bu səbəbdən normal görmək qabiliyyətini əldə etmək üçün eynək və ya kontakt linzaları kömək etmir. Bu səbəbdən qaz keçirici sərt linzalar taxan pasiyentlərin görmə qabiliyyəti daha aydındır. Lakin bu linzaları tənzim etmək çətin olur, hər pasiyent bu linzalaradan istifadə etmir.  Hibrid kontakt linzaların mərkəzi sərt materialdan, periferiyası isə yumşaq materialdan hazırlanıbdır. Hibrid kontakt linzaların köməyi ilə pasiyentlər daha rahat və aydın görmək qabiliyyətini əldə edirlər.

Rəngli kontakt linzalar

Rəngli linzalar insana təbii xoş görkəm verir. Refraksiya xətaları olan insanlar üçün rəngli linzalar həm gözə istənilən rəngi verir, həm də görmə qabiliyyətini korrektə edir.

Xromagen linzalar 

Xromagen linzalar, rəngli görmək qabiliyyətində çatışmazlıqlarla üzləşən, mütaliədə çətinlik çəkən insanlara kömək edən nadir linzalardır. Xromagen haploskopik filtrların səthini xrom ilə örtürlər. Belə şəkildə onlardan eynək və ya kontakt linzalar kimi istifadə edirlər. Bu linzalar daltonizmdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Sınaq nəticələrin 97% müsbətdir.

Xromagen linzaların funksiyaları:

  • Ümumi rəng qavrayışını gücləndirir
  • Daha aydın və parlaq rəng görməni təmin edir
  • Çalarları ayırmaq qabiliyyətini bərpa edir
  • Rənglərin adlandırılmasına kömək edir
  • Təhlükəsizliyin artması (məsələn, yol hərəkət işıqlarının, tormoz işıqlarının təyin edilməsi) məsələlərində yardımçı olur
  • Rəng görmə yoxlamalarda görmə sisteminin imkanlarını artırır

Terapevtik kontakt linzalar

Terapevtik kontakt linzalar buynuz qışada epitelial problemlərin sağalmasını, epitelial eroziyanın qarşısının alınmasını, buynuz qişa səthində ağrıların səngiməsini təmin edir.

Prostetik kontakt linzalar

Əgər bir gözün rəngi o birisindən fərqlidirsə, prostetik linzaların köməyi ilə bu problemi həll etmək mümkündür. Gözlər arası bu ayrılığı götürmək üçün yumşaq linzaları istənilən rəngdə hazırlamaq olar.

SÜRƏTLİ GÖRÜŞ