365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

KONTAKT LİNZALARDAN NECƏ İSTİFADƏ ETMƏK

Linzalardan istifadə edərkən

  • Linzaları qabından çıxardın.
  • Linzaların tərs üzünə çevrilməməsinə diqqət verin. Əgər çevriliblərsə, onları düz vəziyyətə gətirin. (Linzanın qıraqları yuxarı yönəlməlidir)
  • Sol əlinizin orta barmağı ilə üst göz qapağını qaşa doğru dartın.
  • Linzanı sağ əlinizin şəhadət barmağının ucuna qoyun, sağ əlinizin orta barmağı ilə alt göz qapağını aşağı dartın. Sonra şəhadət barmağınız ilə linzanı səliqə ilə göz bəbəyinə qoyun.
  • Linzanı bu halda saxlayıb, gözlərinizi aşağı salıb linzanın yerində oturmasını təmin edin. Sakitcə göz qapaqlarını buraxın.
  • Həmən hərəkətləri sol linza ilə görün.

Linzaları çıxararkən

  • Əllərinizi tam yuyub qurudun.
  • Gözlərinizi yuxarı qaldırın. Sol əlinizlə üst göz qapağını yuxarı dartın, sağ əlinizin orta barmağı ilə alt göz qapağını saxlayıb şəhadət barmağınızı linzanın aşağı kənarına qoyun.
  • Şəhadət barmağınızla linzanı bəbəkdən aşağı tərəfə itələyin, ehtiyatla böyük və şəhadət barmağınızın arasında linzanı gözdən götürün.
  • Dirnaqlarınızdan ehtiyatlı olun.

Linzaların təmizlənməsi

  • Linzanı ovucunuza qoyun.
  • Kontakt linzaların təmizlənməsi üçün nəzərdə tutulan məhluldan bir neçə damcı linzanın üstünə damızdırın.
  • Şəhadət barmağınızla hərəkət edərək (dırnaqlardan ehtiyatlı olun) linzanın hər iki tərəfini yüngülcə sürtün.
  • Linzaları müntəzəm təmizləyərək siz onların üzərində yaranan çöküntü təbəqəsini götürmüş olursuz.

Linzaların yuyulması

  • Linzaları təmizlənməsindən sonra, onları məhlulda yuyun.
  • Linzaları hər vaxt yuyarkən siz onları təmizləmiş, linzaların üzərində olan çöküntü və toz təbəqəsini götürmüş olursuz.
SÜRƏTLİ GÖRÜŞ