365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

​BUYNUZ QİŞA İÇİ HALQA

Kontakt linzalardan istifadə edə bilməyən və ya onları yararlı hesab etməyən xəstələr, keratokonus xəstələyinin gecikmiş mərhələsində deyillərsə, intrastromal buynuz qişa halqasının taxılması əməliyyatından faydalana bilərlər.

Buynuz qişa içi halqaların texniki göstəriciləri:

  • Şəffaf,
  • Mikro ölçülü,
  • Qalınnığı korreksiya olunan dioptriyalar sayından asılıdır,
  • Gözün buynuz qişa toxumasına köçürülür,
  • Aypara şəklindədir, iki hissədən ibarətdir.

Hansı növ halqalar mövcuddur?

Dünyada hal-hazırda iki növ halqalardan istifadə edilir:

  • INTACS (Əlavə Texnologiyası): Bu, diametri 7 mm olan altıbucaqlı halqalardır.
  • KERARINQ / FERRARA HALQASI (Medifakos/AJO Şirkəti): Bu halqalar üçbucaq prizma şəklindədir, diametri 5 mm-dir.

Dünyagöz Xəstəxanalarında keratokonus xəstələrinin görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədi ilə buynuz qişa halqalarından istifadə edirlər. Halqa implantasiya əməliyyatların xəstəliyin inkişafının qarşısının alması haqqında heç bir dərc edilmiş məlumatın olmamasına baxmayaraq, Dünyagöz Xəstəxanaların apardığı müşahidələrə görə, halqa implantasiya əməliyyatından keçmiş pasiyentlərin 88%-da xəstəlik  artımı dayanmışdır. Buna görə də, xəstəni cərrahi əməliyyatdan sonra müşahidə etmək çox vacibdir. Əgər əməliyyatdan sonra xəstəliyin artması müşahidə olunarsa, halqa implantasiya əməliyyatından sonra CCL müalicəsi aparıla bilər.

SÜRƏTLİ GÖRÜŞ