365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

LAZER MÜALİCƏSİNİN MƏRHƏLƏLƏRİ

1-Cİ MƏRHƏLƏ: TESTLƏR

Topoqrafik araşdırmalar sayəsində buynuz qişa təbəqəsinin ətraflı topoqrafik xəritəsi alınır. Paximetr ilə buynuz qişanın qalınnığı ölçülür. Müalicəni cərrahi yol ilı aparilmasına dair qərarın verilməsində buynuz qişanın qalınnığının rolu dioptriya qiyməti tək mühümdür.

2-Cİ MƏRHƏLƏ: MÜAYİNƏ

Yuxarıda qeyd etdiyimiz üç pilləli tədqiqatlardan sonra , bu tədqiqatlar nəticəsində əldə edilən nəticələr əsasında ətraflı müayinə aparılır. Müayinə zamanı görmə itililiyi, dioptriya qiyməti və müvafiq ölçmələr aparılır. Sonda, biomikroskopik araşdırmalar əsasında göz təzyiqi ölçülür.

Yaş, şəkər, boğaz uru, yüksək təzyiq kimi sistem xəstəliklərin olması ətraflı olaraq sorğulanır. Zəruri olduqda, Wavefront və ya Topolaser aparatları ilə tədqiqatlar aparılır.

3-CÜ MƏRHƏLƏ: GÖZ DAMCILARI İLƏ GÖZÜN MÜAYİNƏSİ

Göz bəbəyini genişləndirən göz damcılarından istifadə edilir. Təxminən 30 dəqiqədən sonra dioptriya qiyməti ölçülür və göz bəbəyindən göz dibinin (tor qişanın damar və sinir təbəqəsinin) müayinəsi aparılır. Tor qişada incələmə, yarıq, dəlik kimi sahələr müşahidə edilərsə, bu sahələr arqon lazeri ilə qorunur. Arqon lazer üsulunun tətbiqi eksimer lazer əməliyyatını 3 həftə gecikməsinə səbəb ola bilər, lakin bu, müalicəyə əngəl törətmir. O, əməliyyatın daha da təhlükəsiz olmasını təmin edir.

Təxminən 2-3 saat çəkən müayinə və analizlərdən alınan bütün verilənlər refraktiv cərrahlar tərəfindən dəyərləndirilir, ən münasib müalicə üsulu qəbul edilir. Göz damcılarının təsiri altında göz bəbəklərinin genişlənməsi və normal hala gəlməsi üçün müəyyən vaxtın tələb olunması səbəbindən, lazer müalicəsi həmin gün keçirilmir. Cərrahi əməliyyat ən tez ertəsi gün aparılır.

4-CÜ MƏRHƏLƏ: ƏMƏLİYYAT ETMƏK QƏRARININ VERİLMƏSİ

Tədqiq və müayinə nəticələrinin dəyərləndirilməsindən sonra, lazer müalicəsində ixtisaslaşmış həkimlər əməliyyata və onun hansı üsulla keçirilməsinə qərar verirlər.

Lazer ilə müalicə alan xəstələrin diqqətinə!

Müalicədən əvvəl

LASİK müalicə üsulunun çox qısa bir müddətdə keçirilən, xəstəyə narahatlıq verməyən əməliyyat olduğuna görə, xəstə əməliyyat qabağı qorxu və ya stress hissləri keçirməməlidir. Əməliyyat günü xəstənin qida qəbuluna heç bir məhdudiyyət qoyulmur.

Xəstə

  • göz makiyajından,
  • ətirlərdən,
  • qanı durulaşdırıcı dərman vasitələrindən istifadə etməməlidir.

Müalicə zamanı

Lazer otağına daxil olduqda, xəstədən xüsusi lazer masasına kürək üstü uzanması xahiş edilir. Xəstənin gözü steril bir örtü ilə örtülür, əməliyyat zamanı gözlərini qırpmaması üçün xüsusi təhlükəsiz bir qurğunun köməyi ilə göz qapaqları aralanır. Hər gözü üzərində aparılan lazer əməliyyatı təxminən 4-5 dəqiqə keçir, xəstə ağrı və narahatlıq hissi keçirmir. Xəstənin özünün rahat hiss eləməsi, həkim təlimatlarına riayət etməsi çox önəmlidir. Əməliyyat bitəndən sonra xəstə əməliyyat otağını göz sarğısız tərk edir. 

Əməliyyatdan sonra ilk 24 saat

Lazer əməliyyatından sonra xəstə təxminən yarım saat gözləməli və kontrol müayinə olmalıdır. Kontrol müayinədən sonra xəstə xəstəxananı tərk edə bilər. İlk gün xəstənin bulanıq görməsi, gözlərində 3-4 saat sürən sancı, yanma hissləri və sulamanın olması normaldır. Hər hansı bir dərman vasitələrinin qəbul edilməsinə dair həkim təlimatına dəqiqliklə riayət olunmalıdır. Lazer əməliyyatından sonra baş ağrıları yaranan hallarda, xəstə qanı durulaşdırmayan ağrıkəsici dərmanlardan istifadə edə bilər. Xəstənin əməliyyat keçirdiyi gün avtomobil idarə etməsi, işə getməsi biz tərəfdən məsləhət görülmür. Xəstə tozlu mühitdə olmamalıdır. Əməliyyatdan sonra ilk 24 saat ərzində xəstə əməliyyat olunan gözü ovuşdurmamalı, qaşımamalı, toxunmamalı, üzünü yumamalı, duş qəbul etməməlidir. İlk bir neçə gün ərzində, sabun və ya şampunun gözə düşməməsinə diqqət yetirilməlidir. Əməliyyatdan bir gün sonra xəstənin gündəlik həyatına və ya iş fəaliyyətinə narahatlıq verən kənar təsirlər yox olmalıdır. Əməliyyatın ertəsi gün həkimlər tərəfindən keçirilən yoxlama zamanı gözün şəffaf sahəsində hər hansı bir qırış və ya qapaqcıq altında hər hansı bir reaksiya müşahidə olunarsa, qapaqcıq altında sahənin yuyulması lazım ola bilər. Lakin bu yuyulma, əməliyyatın özündən daha asandır. Əməliyyatdan 3-6 ay sonra həkimin tövsiyə etdiyi süni göz yaşı damcıları tətbiq edilməlidir.

SÜRƏTLİ GÖRÜŞ