365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

ORBITAL CƏRRAHİYYƏ

Tiroid ilə bağlı göz xəstəlikləri (Qreyvz xəstəliyi)

Göz bəbəklərinin önə doğru qabarması (ekzoftalmiya, proptosis), göz qapağı məsafəsinin həddindən çox artması, çəpgözlük, ikili görmə və görmə qabiliyyətinin zəifləməsi bu xəstəliyin əlamətlərindəndir. "Tiroid orbitopatiyası" və ya "Qreyvz orbitopatiyası" adlanan bu xəstəlik çox yüngül və ya ağır keçə bilər və görmə qabiliyyətinin itməsi ilə nəticələnə bilər. 

Orbita iltihabı

Əgər erkən mərhələlərdə bu xəstəlik müvafiq surətdə müalicə olunmazsa, o, görmə qabiliyyəti və həyat üçün təhlükəlidir. Vəziyyətdən asılı olaraq dərman və cərrahi üsul tətbiq edilə bilər. Kortizon terapiyasına cavab olmadığı halda radioterapiya tətbiq olunur.

Orbita şişləri

Şişlər periokulyar toxumalara, digər orqanlara və ələlxüsus beyinə yayıldığı zaman təhlükəli olur. Buna görə, bu xəstəliklərin erkən müayinəsi və müalicəsi çox vacibdir.

Orbita zədələri

Orbita zədələrin həyat üçün təhlükəsi, onun vacib olan orqanlara yaxınlığı ilə izah olunur. Bu səbəbdən xəstədə əvvəla beyin funksiyaları və tənəffüs yolu yoxlanılır. Çox ehtimal ki, orbita zədələri gözlərə də təsir edir. Buna görə gözləri müayinədən keçirtmək lazımdır. 

Anadangəlmə kiçik göz və ya gözün olmaması

Məhz gözün ölçüsü, onun olması epiokulyar toxumaları inkişaf etdirdiyindən, göz qapaqları, göz ətrafı yumşaq toxumalar və sümük çərçivəsi gözün inkişaf etmədiyi halda kifayət qədər inkişaf edə bilmir. Yüngül və mülayim hallarda konformerlərdən (ölçüdə tədricən böyüyən qurğular) istifadə edilir, daha ağır hallarda cərrahi əməliyyatlar keçirilir.

SÜRƏTLİ GÖRÜŞ