365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

PRK

Lasik kimi FRK (Fotorefraktiv Keratektomiya) üsulu refraksiya ilə bağlı qüsurları düzəldən müalicə üsuludur. Daha geniş istifadə olunan Lasik üsulundan fərqli olaraq, fotorefraktiv keratektomiya üsulunda buynuz qışanın üzərində nazik kəsik (qapaqcıq) yaradılmır, lazer bilavasitə xarici səthə təsir göstərir. FRK əməliyyatı zamanı epitel adlı xarici nazik sağlam toxuma buynuz qişanın üzərindən götürülür, epitelin altında yerləşən toxumaya eksimer lazer ilə təsir göstərilir. 

LASEK

Lasek əməliyyatı zamanı spirtlə gözün epitel toxuması qaldırılır. Lazerin tətbiqindən sonra epitel əvəz edilir. Bu iki səth üsulunun köməyi ilə çox etibarlı nəticələr almaq olur, lakin, bəzi xəstələr 2-3 gün ərzində gözlərində yanma, narahatlıq, sulama hiss edə bilər. Orta hesabla bir həftədən on günədək görmə aydınlaşır. Bu müalicə üsulunun tam nəticəsini üçüncü ayda əldə edilməsinə baxmayaraq, bu müddət ərzində xəstələr eynəksiz öz gündəlik fəaliyyəti ilə məşğul ola bilərlər.

FRK və LASEK üsullarının xüsusiyyətləri

  • Bu üsullar ilə keçən əməliyyatlar buynuz qişa təbəqələri Lasik əməliyyatlarına yararlı olmayan, kiçik dioptriyalı görmə qabiliyyətinə (miopiya və astiqmatizm dioptriyası -3-dək) malik olan xəstələrə tövsiyə edilir.
  • Lasikdəki kimi FRK zamanı gözü göz damcıları ilə keyidirlər.
  • Əməliiya zamanı xəstə ağrı hiss etmir.
  • Epiteli yeniləmək və gözü qorumaq üçün həkim gözə kontakt linzası yerləşdirir, əməliyyatdan 3-4 gün sonra bu kontakt linza həkim tərəfindən çıxarılır.
SÜRƏTLİ GÖRÜŞ