365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

GÖZ PROTEZLƏRİ

​Göz protezləri gözü alınmış şəxslər üçün müxtəlif rənglərdə və ölçülərdə fərdi olaraq hazırlanmaqdadır.

Göz protezləri, bir qayda olaraq yol qəzası və ya yad bir cismin gözə düşməsi kimi ağır travmatik hadisə nəticəsində görmə qabiliyyətini biryolluq itirmiş, ciddi estetik zədə almış insanlar üçün üstün tutulan estetik çözümdür. Göz protezləri istənilən yaşda olan xəstələr üçün qoyula bilər. Göz protezi həkimin qərarı ilə xəstənin gözunun alındığı gündən 3-4 həftə sonra qoyula bilər. 

Protezlər xəstə üçün tam olaraq fərdi hazırlanır,  gözə ağrı, yanma, qızartı, göz qapağına ağrı vermir, rahat, estetik və təbii  görünür və hiss olunur.

Göz protezləri yüksək keyfiyyətli çox yüngül akril materialından hazırlanır. Bu material insan bədəninə uyğun olmaqla bərabər sınmazdır. Bununla yanaşı o, pasiyentə bir çox üstünlüklər verir. Enukleasiya və ya eviskerasyadan sonra orbital implantantların köməyi ilə cərrahi əməliyyat protezin hərəkətini gücləndurur.

Göz protezi ilə insan

  • idmanla məşğul olmaq
  • duş qəbul etmək 
  • yatmaq
  • üzmək imkanını əldə edir.
SÜRƏTLİ GÖRÜŞ