365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

TEZ-TEZ VERİLƏN SUALLAR

1- Körpələri nə vaxt göz müayinəsinə gətirimək lazımdır?

Körpənizi heç bir şikayəti olmasa belə 1 yaşında müayinə etdirin. Bu müayinə körpənizi ambliopiyadan qoruyur.

2- Kompyuter qarşısında uzun müddət qalmaq gözlərə zərəlidir mi?

Uzun müddət kompyuter oyunları oynayan və kompyuter qarşısında əyləşənlərdə allergiya, quruluq, blefarit kimi xəstəliklər daha tez rast gəlinir. Bu, habelə uzaq görmə problemlərinə gətirib çıxara bilər. Belə insanlara fasilələr etmək, fasilələrdə istirahət etmək və gözlərini qırpmaq lazımdır.

3- Göz xəstəliklərinin əsas əlamətləri nədir?

Göz xəstəliklərin əlamətləri sulanma, qaşıntı, ağrı, mütaliə zamanı çətinlik, yazıların bir-birinə qarışması, göz və baş ağrısı, mütaliə zamanı başın əyilməsi, gözləri qıyılması, fokuslaşdırma problemləridir.

4- İş yerində işıqlanma necə olmalıdır?

İş yerində yumşaq sarı işıqlanmadan istifadə edin. Gözləriniz dincəlsin deyə tam qaranlıq otaqda yatın.

5- Göz xəstəlikləri makiyajla keçə bilər mi?

Makiyajınızı heç kimlə bölüşməyin. Gözün soyuq dəyməsi adı altında tanınılan konyunktivit, digər adamların göz kölgələri, göz karandaşı, kirpik və qaş üçün tuş kimi makiyaj vasitəsi ilə adamlara keçə bilər. 

6- Rəngli gözlər günəşə daha həssasdır mı?

Rəngli gözləri olan insanlar günəş işığına qarşı daha həssasdrlar. Rəngli gözləri olan insanlarda qızartı daha tez olur. Məhz buna görə günəş eynəklərinin taxılması rəngli gözləri olan insanlar üçün çox vacibdir.

7- Günəş işığı, günəşə baxmaq gözlər üçün ziyandır mı? 

Günəş işığının gözlərə olan uzun müddətli təsiri büllurun bulanmasına, bir müddətdən sonra katarakt və görmə nöqtəsinin həssaslığına gətirib çıxarır.  Bilavasitə günəş şüaları altında olarkən qoruyucu günəş eynəklərindən istifadə edin.

8- Gözə zərbə vurulduqda və ya gözə yad cism daxil olduqda nə etməliyik?

Gözə zərbə dəydikdə və ya gözə yad cism daxil olduqda gözünüzü ovuşdurmayın. Əgər əlinizin altında fizioloji məhlul varsa, onunla gözünüzü yuyub, əgər yoxsa, gözünüzü çoxlu si ilə yuyun və oftalmoloqa müraciət edin.

9- Göz xəstəlikləri göz yaşı ilə keçə bilər mi?

Digər adamların göz yaşlarını silməyin. Əgər o adamın gözündə qızartı varsa, onun gözü sulanırsa, göz qapaqları şişibsə, bu əlamətlər yoluxucu ola bilər. Əgər siz belə adamla təmasda olmusuzsa, mütləq əllərinizi sabunla yuyun.

SÜRƏTLİ GÖRÜŞ