365 GÜN, 24 SAAT
Daimi Xidmət
012 404 44 69

SMILE LASER / RELEX

Miopiya və astiqmatizm müalicəsi üçün fərdi bıçaqsız SMILE lazer üsulu, miopiyanı -10 D, astiqmatizmi isə -5 D-dək təmin etmə imkanına malik olan aparıcı lazer texnologiyasıdır.  Zərbəyə və təzyiqə məruz qalmaq təhlükəsi yaşayan idmançılar və peşəkar qruplar üçün mükəmməl müalicə üsuludur.

SMILE Lazer üsulunun xüsusiyyətləri: 

  • Miopiyanı -10D, astiqmatizmi isə -5D qədər müalicə imkanı
  • Buynuz qişanın biomexanika quruluşunu mükəmməl qorunması
  • Nazik buynuz qişası üçün yararlılıq
  • Qapalı cərrahiyyə üsulu ilə kəsiksiz əməliyyat rahatlığı
  • Bir addımlı cərrahiyyə əməliyyatı
  • Zəmanətli sağalma
  • 500 kHs tezliyi ilə ən sürətli lazer texnologiyası
  • Daha təbii nəticələr

SMILE Lazer müalicə üsulunun mərhələləri:

Zeiss Vizumaks Femtosaniyə texnologiyasının köməyi ilə gözün ön təbəqəsinin daxilində (buynuz qişada) incə silindrik linza (toxuma diski) yaradılır.

Cərrah, buynuz qişanın üzərində 3,8 mm ölçülü kəsikdən bu silindrik linzanı çıxardır. Flepi qapatmaq ehtiyacı yoxdur.

Gözün daxilində yaradılan kəsiyi çıxarmaqla buynuz qişanın forması dəyişəndə refraktiv xəta düzəldilir. Flepin yaradılmaması onu göstərir ki, buynuz qişanın biomexanikası digər lazer cərrahiyəsi ilə müqayisədə daha az təsirlənir. Məhz SMILE üsulu, lazer cərrahiyəsindən sonra buynuz qişanın möhkəm biomexanikasını təmin edir.

SÜRƏTLİ GÖRÜŞ