İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

KATARAKTA

KATARAKTA

Kataraktanın Müalicəsi, Kataraktanın Əlamətləri, Cüt Görmə, Görmə Azalması

Katarakta Nədir?

Kataraktanın gözdə diskomfort yaratmağın səbəbi gözün daxilində yerləşən və aydın görməni təmin edən təbii büllurun  şəffaflığın itirilməsidir. Bu hala düşən  təbii büllura görə xəstələr sanki tərləmiş şüşənin arxasından baxırlar.

Katarakta Əlamətləri Hansılardır?

Kataraktanın ən bariz əlamətləri arasında  cüt görmə, görmə qabiliyyətin azalması, gecə görmənin pisləşməsi, işıga həssaslıq, eynək nömrəsinin tez-tez dəyişilməsi və rənglərin bulanıq görünməsi kimi problemləri göstərmək olar, bu simptomlar adətən yaşlandıqca özünü göstərir. Katarakta həmçinin uşaqlarda, şəkərli diabet xəstələrdə,  fiziki göz zərbəsi alan və ya uzun müddət kortizon dərmanından  istifadə edən xəstələrdə də müşahidə edilir.

Kataraktanın Müalicəsi

Dünyagöz-də aparılan kataraktanın lazer müalicəsi zamanı göz bülluru yüksək texnologiyalı femtosaniyə lazer cihazı ilə kəsilmiş kəsik vasitəsilə gözdən çıxarılır. Kompyuter vasitəsilə işləyən və gözdə yeni büllurun tam səmərəliliyini təmin edən femtosaniyə lazer texnologiyası, kataraktanın aradan qaldırılması əməliyyatlarında dünyanın ən qabaqcıl texnologiyası olmaqla yanaşı, əməliyyatdan sonra pasiyentlərin həyat keyfiyyətinə müsbət təsir göstərən mühüm amildir.

Kataraktanın müalicəsi üçün istifadə olunan lazer texnologiyasından daha az əhəmiyyətli olmayan başqa bir amil gözdə süni büllurunun quraşdırılma texnologiyasıdır. Gözdə şəffaflığını itirmiş və aydın şəkildə görə bilməyən təbii bülluru əvəz edən gözdaxili linzanın seçilməsi xəstənin  əməliyyatının uğurla sonlanmasında  həlledici amildir. Kataraktadan əlavə, yaxın, uzaq və orta məsafədə görmə qüsurlarını həll edə bilən gözdaxili linzalar üç növə bölünür: monofokal (bir fokuslu), bifokal (iki fokuslu) və trifokal (üç fokuslu). Katarakta əməliyyatından sonra yüksək texnologiyalı üç fokuslu ağıllı linzalardan istifadə edildikdə pasiyentlərə daha heç vaxt eynək taxmaq lazım olmayacaq. Monofokal və bifokal linzalardan istifadə olunan zaman  xəstələrin eynək  problemləri həll olunmur.

Katarakta Əməliyyatı Nədir?

Kataraktanın aradan qaldırılması əməliyyatı müasir texnikanın istifadəsi  ilə iynəsiz, narkozsuz və ağrısız həyata keçirilir, xəstə həmin gün evə gedə bilər. Katarakta əməliyyatında gözdə istifadə olunacaq süni büllurun keyfiyyəti, həkim təcrübəsi və əməliyyatın aparıldığı müəssənin həm gigiyenaya riayət etməsi, həm də hər pasiyent üçün birdəfəlik tibbi ləvazimatlardan istifadə etməsi əməliyyatın uğuru üçün böyük əhəmiyyət kəsb edir.

Yaranan kataraktanı dərmanlarla və ya eynəklə müalicə etmək mümkün deyil. Kataraktanın yeganə müalicəsi əməliyyatdır. Katarakta irəlilədikcə görmə qabiliyyəti dərəcəsi azalır və xəstənin həyatında problemlər yaranmağa başlayır. Katarakta əməliyyatı üçün istifadə olunan texnologiya və gözə yerləşdirilmiş linzanın keyfiyyəti əməliyyatın müvəffəqiyyətini və ən əsası xəstənin görmə keyfiyyətini müəyyən edir. Kataraktalı bütün pasiyentləri narahat edən ən vacib məsələ  istifadə olunan linzanın keyfiyyəti olmalıdır. 

TRİFOKAL 

AĞILLI LİNZALAR SEÇİMİ

 

Tri-fokal Ağıllı Linzalar 

Ağilli linza əməliyyatı uzaq və yaxın problemləri olan və ya katarakta əməliyyatı aparmaq istəyən insanların müalicə üsuludur. Trifokal linzalar-ehtiyacdan asılı olaraq yaxın, uzaq və orta məsafəyə fokuslanan linzalardır. Bu texnologiya uzun illərdir  dünyada istifadə olunur, lakin istifadə etdiyimiz yeni nəsil yüksək texnologiyalı linzaların köməyi ilə çox uğurlu nəticələr əldə etmək mümkündür. Bu əməliyyatlar zamanı linzalar ömür boyu gözdə qalır. Beləliklə, bu, xəstələrin taxdığı və çıxardığı kontakt linzalar kimi bir linzalar deyil. Həkim tərəfindən gözə yerləşdirilir. Linzaların allergiya əmələ gətirməsi və ya toxumalar tərəfindən qəbul olunmaması mümkün deyil.

Bu əməliyyatdan əvvəl xəstənin ətraflı məlumatlandırılması çox vacibdir. Pasiyentin düzgün seçimi, müvafiq texnika, əməliyyatın aparıldığı müəssisə, həkimin təcrübəsi və əlbəttə ki, pasiyent və həkim  tərəfindən linzaların düzgün seçimi ilə yaxşı nəticələr əldə etmək olur. Uğura nə təsir edir? Linzaların düzgün seçilməsi və tətbiqi bu əməliyyatın ən vacib tərəfidir. İstifadə olunan linzanın növü, onun dərəcəsi, onun hansı bucaq altında gözə yerləşdiriləcəyi, linza nömrəsinin dəqiq seçimi (hansı ki, həm astiqmatizmi, həm də uzaq və yaxın görməni düzəldə bilər) vacib və böyük təcrübə tələb edən parametrlərdir.

Bu linzalar pasiyentə yüksək dərəcəli eynəklərdən qurtulmağa və eynəksiz öz həyatını davam etməyə imkan verir, həmçinin görmə keyfiyyətini ömürlük təmin edərək katarakta yaranmasının qarşısını alır.

Trifokal linzalar üç fokusludur. Bu linzalardan istifadə edərkən siz uzaq, yaxın və orta məsafələri görə biləcəksiniz ki, bu da 40 sm-dən 2 metrə qədər olan məsafəni dəqiq görməyə imkan verəcəkdir.

Əməliyyatdan sonra gözlərinizi qorumaq üçün bir müddət damcı istifadə edin. Təxminən 3-4 həftə bu damcılar istifadə etmək və gözləri qorumaq lazımdır.  Normal həyata nə zaman geri dönəcəksiniz? Əməliyyatdan 2-3 gün sonra demək olar ki, bütün xəstələr öz gündəlik həyatlarına qayıda bilirlər.

PowerON / AddON Ağıllı Linzalar

Bu möcüzə linzalar daha öncə adi linzaların istifadəsi ilə katarakta əməliyyatı aparan və miopiya, astiqmatizm və ya presbiopiya kimi bəzi sındırma qüsurlarından xilas ola bilməyən insanlar üçün ideal bir həlldir.

PowerON / AddON linzaları  xəstənin gözündə  mövcud olan sındırma qüsuruna uyğun olaraq 4 ayrı modeldədir.

Cərrah daha əvvəl katarakta əməliyyatı keçirən xəstənin problemini araşdırdıqdan sonra linzanın müvafiq modelini seçir və xəstəyə tətbiq edir.

Beləliklə, xəstə uzaq, yaxın və orta məsafələri görə bilər və astiqmatizm problemini həll edə bilər.

Həkim tərəfindən ətraflı qiymətləndirmədən sonra, pasiyentə refraktiv qüsurun həll edə bilən ən uyğun PowerON / AddON linza təyin edilir .

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al