Dünyagöz-də aparılan ümumi göz müayinəsi 7 mərhələdən ibarətdir.
Göz müayinəsi təxminən 30 dəqiqə çəkəcək. Müayinə nəticəsində torlu qişanızda problem aşkar olunarsa və ya həkiminiz göz sinirlərində problem görərsə, müayinəniz damcı tətbiq etməklə 45 dəqiqə çəkəcək. Detallı göz müayinəsi ilə bir çox problemlərin qarşısını alacaqsınız.
Göz müayinəsinin mərhələləri:
1. Görmə İtiliyi testi
2. Eynək müayinəsi
3. Göz qapaqların müayinəsi
4. Göz əzələlərinin müayinəsi
5. Göz təzyiqin ölçülməsi
6. Biomikroskopik müayinə
7. Göz dibinin müayinəsi
Gözlərin ümumi müayinəsini hansı tezliklə aparmaq lazımdır?
Hər hansı bir görmə probleminiz olmasa belə, hər il həyata keçirəcəyiniz hərtərəfli göz müayinəsi uzun illər sağlam gözlərlə həyatın gözəlliklərini görməyə davam etməyinizi təmin edəcək. Hərtərəfli göz müayinəsi sayəsində gözün sağlamlıq xəritəsini hazırlayaraq; Diabet, beyin şişi, QİÇS, Alsheymer, hipertenziya, qan və ürək xəstəlikləri, metabolik xəstəliklər və Parkinson xəstəliyi kimi bir çox fərqli xəstəliklərin erkən diaqnostikası mümkündür.
Damcı tədbiqi ilə detallı göz müayinəsi ilə əldə etdiyiniz nəticələr uzun müddətlli göz sağlamlığınızın qorunması üçün həyati əhəmiyyət kəsb edir. Pediatrik xəstələr üçün göz müayinəsi böyüklərdən daha tez-tez keçirilməlidir; 0 - 36 ayında, 36 - 48 ayında və məktəb dövründə ildə bir dəfə keçirilməlidir.
Erkən diaqnoz üçün ildə bir dəfə göz müayinəsindən kecmək vacibdir.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al