İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

NEYRO-OFTALMOLOGİYA

DS (Dağınıq Skleroz) və Göz

Göz sinirin iltihabı (optik nevrit) ən çox 18-45 yaş arası olan qadınlarda, birtərəfli ağrılı görmə itkisi ilə meydana gələn göz xəstəliyidir. İmmunitet sisteminin pisləşməsi nəticəsində bir atak şəklində meydana gəlir. Ağrılı gözdə rəng hissiyatı və parlaqlıq da azalır. Xəstələrin təxminən 1/3 hissəsində ödem optik sinirin ön tərəfində meydana gəlir və əksər hallarda beynin yaxınlığında (arxada) sinirin zədələnməsi  baş verir.

Diaqnoz mərhələsində klinikamızda VEP (potensial test), OKT (Optik Uyğunluq Tomoqrafiyası Skaneri) ilə sinir liflərinin görünüşü və kompyuterləşdirilmiş görmə sahəsinin müayinəsi aparılır. Beyin daxili zədlər beyin MR ilə araşdırılır. Bu zədələrin (ləkələrin) sayı və forması DS riskini təyin etməkdə vacibdir. DS, atak şəklində olan xroniki  beyin xəstəliyidir.

Optik nevrit DS-un  ilk əlaməti ola bilər. Optik sinir xəstəliyi əsasən müalicə ilə 3-5 həftə ərzində düzəlir. Lakin bu optik nevrit ataklarında təkrarlanma ola bilər. 10 il ərzində təkrarlanma dərəcəsi 35%-dir. Optik nevrit DS xəstəliyinin bir mərhələsində 50% ehtimalı ilə aşkar edilir və xəstələrin 20%-də DS-nun ilk əlaməti olur.

Optik nevritdən sonra DS riski ilk 5-7 ildə 30%, 15-20 ildə qadınlarda təxminən 75% təşkil edir.

DS atakları optik nevrit, cüt görmə, balans itkisi, qol və ayaqlarda keyimə və güc itkisi kimi baş verə bilər.

Optik nevritin müalicəsində, yüksək dozada serumda kortizon istifadəsi və DS artma ehtimalının olduğu hallarda interferonun istifadəsi ən müasir yanaşmadır.

Optik nevritdən sonra xəstəliyin gedişi dövri OKT sinir lifi analizi ilə müəyyən edilə bilər. Bu xəstəlikdə OKT və VEP testlərinin təqibi çox əhəmiyyətli və məlumatlıdır.

Göz Sinirinin Digər Xəstəlikləri

  • Qan damarlarının tıxanması (Gözdaxili inyeksiya edilə bilər)
  • Zəhərlənmə (Etambutol və metil spirtlə zəhərlənmə ən çox rast gəlinir, xəstə gecikmədən həkimə müraciət edərsə müalicə oluna bilər.)
  • İrsi (Leberin optik neyropatiyasının müalicəsi üçün yeni bir dərman hazırlanmışdır)
  • Travmatik (Xəstəni erkən görmək vacibdir.)

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al