İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

GÖRMƏ TESTLƏRİ

Görmə itiliyinin yoxlanılması

Əgər sizin zənninizcə görmə qabiliyyətiniz pozulubsa, bu diaqram bu haqda sizə məlumat verə bilər. Monitorun ölçüsünü və əksetmə qabiliyyətini nəzərə alaraq siz ilə monitorunuz arasında mükəmməl məsafəni tapın. Sonra bir gözünüzü örtərək, ədədləri yuxarıdan aşağıyadək soldan sağadək oxumağa çalışın. Əgər bu ədədlərin oxumağında çətinlik çəkirsizsə, gözlərinizi dərhal həkimə göstərin. 

Monitorun əks etmə qabiliyyətinin əsasında monitordan məsafə

Monitorun ölçüsü / əks etmə qabiliyyəti: 640x480 / 800x600

14 düym 5,5 m 4,0 m
15 düym 6,0 m 4,5 m
17 düym 7,0 m 5,5 m

Bu ölçü həkim tərəfindən aparılan real testi əvəz etmir.

Rəng korluğu testi

Əgər siz aşağıdakı formalardakı ədədləri oxuya bilmirsinizsə, sizdə rəng korluğu ola bilər.
İnsan gözü qüzehli qişanın köməyi rəngləri qavrayır və ayırır. Qüzehli qişanın rəng qavrayışı ilə bağlı problem ilə əlaqədar olaraq bəzi və ya bütün rənglərin boz rəng çalarlarında qavrayışı mümkündür. Əgər siz yuxarıdakı testlərdə əhatə edilən rəngli ədədləri yaradan rəngləri ayıra bilmirsizsə, sizin, ehtimal ki, rəng korluğunuz var.

Amsler tor testi

Amsler Tor testi adi göz yoxlamalarını əvəz etmir, o, yaşla bağlı makulyar degenerasiyanın (sarı nöqtə xəstəliyinin) erkən əlamətlərinin evdə aşkarlamaq üçün sizi tənzimləyən diaqramdır. Tövsiyə edirik ki, 40 yaşdan yuxarı hər kəs bu testi keçsin. 

Testi necə keçmək

  • Diaqramı yaxşı işıqlandırılan otaqda müvafiq oxuma məsafəsində asılır. Əmin olun ki, ortada yerləşən nöqtə gös səviyyəsindədir.
  • İstifadə etdikdə, eynəyinizi və ya kontakt linzalarınızı taxın.
  • Gözünüzü əliniz ilə örtün, ortada olan nöqtəyə baxın. Siz diaqramda böyük kvadratın 4 bucağını görməlisiniz. Bu proseduranı o biri göz üçün təkrarlayın.
  • Əgər siz 4 bucağı görə bilmirsinizsə, və ya xəttlər dalğavari, sınıq və ya bulanıqdırsa, ehtimal ki, sizdə yaş ilə bağlı makulyar degenerasiya əlamətləri vardır.
  • Tor qişası xəstəlikərində ixtisaslaşmış göz həkiminə təcili olaraq müraciət edin.
 

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al