Behcet xəstəliyi, ilk dəfə 1937-ci ildə Türk dermatoloqu Ordinarius Prof. Dr. Hulusi Behçet tərəfindən təsvir edilən, ağız və genital bölgələrdə (cinsiyyət orqanlarında) yaralara və göz iltihabına səbəb olan xroniki bir xəstəlikdir. Behçet xəstəliyi, İpək Yolu kəməri adlanan müəyyən bölgələrdə yaşayan insanlarda, Türkiyədə, Aralıq dənizin sahilində yerləşən ölkələrdə, İsrail və Yaponiyada daha çox rast gəlinir.
Bu əhəmiyyətli əlamətlərdən başqa, böyük damarlar, mərkəzi sinir sistemi (beyin), oynaqlar, dəri, həzm sistemi, ağciyərlər kimi müxtəlif orqanlara dağıdıcı təsir göstərə bilər.
Behçet Xəstəliyinin Səbəbləri
Behçet xəstəliyinin səbəbləri tam olaraq bilinmir. İmmunitet sisteminin pozulması və damar iltihabı olur. Amma bu reaksiyanın səbəbi tapılmadı. Genetik təsirlər, keçirilmiş xəstəliklər və ətraf mühit faktorları təsir etsə də, tək bir səbəb göstərilə bilməz.
Behçet Xəstəliyinin Müalicəsi
Behçet xəstəliyinin müalicəsində məqsəd şikayətləri azaltmaq və korluğun qarşısını almaqdır. Hansı dərmanın seçiləcəyi və müalicənin nə qədər davam edəcəyi xəstənin vəziyyətindən asılıdır. Bəzi hallarda bir neçə dərman istifadə edilə bilər. Hal hazırda Behçet xəstəliyi olan insanlarda görmə qabiliyyəti % 80-ə qədər qorunub saxlanıla bilər.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al