İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

KONTAKT LİNZALAR

Kontakt Linzaların Növləri

Optik sahəsi daha geniş olduğu üçün daha geniş bir baxış sahəsi təmin edir. Yüksək oksigen keçiriciliyinə malik olduqları üçün daha çox istifadə olunur.

  • Planlı  dəyişdirilən linzalar (aylıq atılan)
  • Gündəlik linzalar
  • Torik linzalar (astiqmatik)
  • Eyni zamanda uzaq və yaxın məsafə üçün olan linzalar
  • Gecələr gözdə qala bilən linzalar
  • Afakik linzalar (pediatrik)
  • Yüksək dərəcəli və uzun müddət istifadə olunan linzalar.

Sferik Kontakt Linzalar

Bunlar astiqmatizm olmadan sferik refraktiv qüsurları düzəldən yumşaq kontakt linzalardır.

Torik Kontakt Linzalar

Astiqmatik komponentli yumşaq kontakt linzalar, gözdəki astiqmatik refraktiv qüsurları düzəldir.

Multifokal Kontakt Linzalar

40 yaşından sonra yaranan və yaşla əlagədar olaraq inkişaf edən miopiya qüsurunu (presbiyopiya) düzəldən yumşaq linzalara multifokal kontakt linzalar deyilir.

Qaz Keçirici Linzalar (Sərt linzalar)

Sərt linzalar,  oksigen keçirən, optik keyfiyyətə və davamlığa malik olan linzalardır.  Astiqmatizmin və keratokonusun, yanı buynuz qişanın itiləşməsinin korreksiyası üçün uyğundur.

Hibrid Kontakt Linzalar

Gözün ön səffaf buynuz qişasının nazikləşməsi və önə doğru itiləşməsi ilə səciyyələnən keratokonus zamanı istifadə olunur. Linzanın optik (mərkəzi) hissəsi sərt materialdan, haptik (periferik) hissəsi isə yumşaq materialdan hazırlanmışdır.

Keratokonuslu insanlar yüksək astiqmatizmə malik olduqları üçün eynək və yumşaq kontakt linzalarla adekvat görmə əldə edilə bilməzlər, buna görə də bu xəstələr yalnız qaz keçirən sərt kontakt linzaları ilə aydın görə bilirlər, lakin bu sərt linzalara öyrəşmək çətindir və hər bir xəstə onları istifadə edə bilmir.  Hibrid kontakt linzalar sərt mərkəzli və yumşaq kənarları olan linzalardır.

Rəngli Kontakt Linzalar

Rəngli linzalar göz rəngini dəyişdirmək üçün kosmetik məqsədlərlə  istifadə olunan linzalardır. Həmçinin, refraktiv qüsurları olan insanlar rəngli linzalardan faydalana bilərlər.

Xromogen Linzalar

Xromogen linzalar rəng görmə qüsuru və oxumaqda çətinlik çəkən xəstələr üçün uyğundur. Xromogen haploskopik filtrlər xüsusi olaraq rənglənib və gözdaxili linzalar və ya eynək kimi istifadə edilə bilər. Rəng korluğu (daltonizm) olan insanlara kömək etmək üçün hazırlanmışdır.

Xromogen Necə İşləyir?

Xromogen haploskopik linzalar, dominant olmayan gözə və bəzi hallarda hər birinə - dominant və qeyri dominant  gözə daxil olan hər bir rəngin səviyyəsini dəyişdirərək rəng qavranmasını və rəng fərqliliyi təmin edir. Bir çox insanlar üçün rəng qavranmasının və fərqlənməsinin yaxşılaşması çox əhəmiyyətli ola bilər. Düzgün rəng qavranması ilə bərabər, hər bir rəngin parlaqlığı da zənginləşir.

Xromogen Linzaların Məqsədləri:

  • Ümumi rəng qavranışını gücləndirmək
  • Rənglərin daha aydın və parlaq görünməsini təmin etmək
  • Rəng çalarlarını ayırmaq
  • Rənglərin adlandırılması
  • Təhlükəsizliyin artırılması (işıqfor və stop-siqnalların işıqları)
  • Rəngli görmə testlərində görmə qabiliyyətini artırması

Bu linzalar torlu qişa və ya optik sinir xəstəlikləri nəticəsində rəng görmə qabiliyyəti pozulmuş xəstələr üçün təsirsizdir.

Terapevtik Kontakt Linzalar

Terapevtik kontakt linzalar buynuz qişa epitelinin sağalmasını sürətləndirmək, epitel eroziyasının qarşısını almaq və ya buynuz qişa səthindəki ağrıları azaltmaq üçün istifadə olunur.

Proestetik Kontakt Linzalar

Bir gözün rəngi digər gözdən fərqli olarsa, proestetik linzalarla istədiyiniz göz rənginə nail ola bilərsiniz. İki göz arasındakı fərqi ortadan qaldıran yumşaq linzalar istədiyiniz rəngə boyana bilər. 

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al