Körpələrdə doğuşdan sonrakı ilk 15 gündə ifrazat və qanama əmələ gələ bilər. Başlama günü, ifaratın rəngi və təbiəti vacibdir. Müalicəni oftalmoloq başlamalıdır. 1-2 aydan sonra olan qızartı və ifrazat xüsusi müalicə tələb etmir. 1 və ya 2 gündən çox davam edərsə, damcılardan istifadə etməyiniz lazım ola bilər.
Gözün qızarması bəzən buynuz qişa ilə əlaqəli bir vəziyyət ola bilər. Körpə gözlərini qıyırsa və ya yaşarma varsa, mütləq oftalmoloqa müraciət etmək lazımdır.
Doğulandan dərhal sonra və ya 2 həftə ərzində başlayan gözlərin birtərəfli və ya ikitərəfli yaşarması gözyaşı kanallarının tıxanması və ya stenozu ilə əlaqəli ola bilər. Tıxanma tam olarsa, yaşarma çox vaxt ifrazatla müşayiət oluna bilər. Adətən, bu vəziyyətdə yaşarma gözlərin qızarması ilə müşayiət olunmur. Gözdə ifrazat varsa, təmizlənməsi və müalicəsi üçün uyğun damcılarla birlikdə kanalın açılması üçün uyğun bir masaj edilməlidir. Ümumiyyətlə, bu vəziyyət ilk 6 ay ərzində masajla yox olur. Yaşarma 1 yaşına qədər davam edərsə və tez -tez ifrazat görülürsə, kanal açma müalicəsi tətbiq edilir.
Çəpgözlük
Çəpgözlük gözlərinin paralelliyinin itməsidir. Hər gözdə 6 ekstraokulyar əzələ var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır. Bir göz düz baxarkən, digər göz daxilə, xaricə, yuxarı və ya aşağı baxa bilər. Bəzi hallarda hər iki gözdə sürüşmə var. Çəpgözluk səbəbindən asılı olaraq davamlı və ya müvəqqəti ola bilər. Çəpgözlüyün tək səbəbi yoxdur. Çəpgözluk müxtəlif səbəblərdən meydana gələ bilər.
Çəpgözlük müalicəsində erkən diaqnoz çox vacibdir. İlk göz müayinəsinə gec gəldikdə, uşaqların gözlərindəki estetik problemləri ilə yanaşı ömür boyu görmə problemləri meydana gələ bilər. Uşaqların doğuşdan dərhal sonra və uşaqlıq dövründə gözdən şikayətləri olmasa belə, mütəmadi olaraq oftalmoloq tərəfindən müayinə olunmalıdır.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al