İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

YAXIN GÖRMƏ PROBLEMİ

İstifadə Olunan Gözdaxili Linzalar

Bu müalicə üsulu ilə  gözün içərisindən büllur çıxarılır və çox fokuslu linza ilə əvəz olunur. Bu linzalarda müxtəlif halqalar var. Bu halqaların bəziləri uzağı və bəziləri yaxını görmək üçün imkan verir. Beləliklə, təsvir həm uzaq, həm də yaxın məsafə üçün aydın görməni təmin edən sarı nöqtənin üzərinə düşür. Müalicəyə uyğun görülən xəstələrin buna uyğunlaşması zamanı onların uzaq və yaxın üçün eynəklərə ehtiyac qalmaya bilər.

Bu müalicə üçün xəstə seçimi çox vacibdir. Diqqət etmək lazımdır ki, xəstə üçün yaxını və ya uzağı görmək daha vacibdir. Xəstə seçimindən başqa bir əhəmiyyətli problem xəstənin bəbəyinin ölçüsüdür. Müalicə kataraktla əməliyyatı olduğundan  bir əməliyyatla xəstələr həm katarakta probleminin, həm də eyni zamanda uzaq və yaxın görmə probleminin həllini tapa biləcəklər.

Birincisi, xəstə hərtərəfli göz  müayinəsindən keçməlidir. Hər bir xəstənin gözü belə bir əməliyyat üçün uyğun olmaya bilər. Katarakta xəstələrinin peşəsi, yaşı, sosial fəaliyyəti, oxuma vərdişi və intellektual səviyyəsi də xəstələrin seçilməsində vacibdir.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al