900 qram çəki ilə doğulan Cansunun gözləri artıq görür. Çətinliyi və təhlükəli olmasına görə olduqca böyük təcrübə və diqqətli komanda işi tələb edən, Dünyagöz Bakı xəstəxanasının Baş həkimi Professor Dilavər Erşanlı tərəfindən Azərbaycanda icra olunan körpə Cansunun əməliyyatı xəbəri Türkiyənin məşhur Sabah qazetində yer alıb.
900 qram çəki ilə doğulmuş, beyin qanaması keçirmiş, uzun müddət küvezdə qalan körpənin ailəsinə müalicə üçün Türkiyəyə müraciət edilməsi tövsiyə edilir. Azərbaycanda Dünyagöz Bakı xəstəxanasının açılması və bu əməliyyatı icra edə biləcək komanda və müasir cihazların olması pasiyentin Bakıda müayinə və müalicə olmasına ümid verir. Dünyagöz Bakı xəstəxanasında icra olunmuş ROP (yarımçıqdoğulmuşların retinopatiyası) müayinəsi və təcili əməliyyata alınması pasiyentin görmə qabiliyyətinin bərpası ilə nəticələnmişdir.
Bir gözü anadangəlmə görməyən digər gözü, sadəcə, 1% görən anadangəlmə mikroftalmiya diaqnozlu 33 yaşlı Günel Qarayeva son ümidi Dünyagöz Bakı xəstəxanasına müraciət edir. Anadangəlmə mikroftalmiya diaqnozlu Günel Qarayevanın görmə funksiyasının bərpası ilə nəticələnən əməliyyatı Dünyagöz Bakı xəstəxanasının Professoru Dilavər Erşanlı icra edir. Günelin, sadəcə, 1% görən bir gözünün görmə dərəcəsinin 10%-ə çıxması bugün Günelin sərbəst hərəkəti, telefondan istifadəsi Dünyagöz xəstəxanasının nailiyyətlərindəndir.
"Tanımadığım insanlar yaxşılıq mələklərim oldu", - Günel Qarayeva.