Göz qapaqlarının əməliyyatı olaraq bilinən ‘okuloplastik cərrahiyyə, birbaşa gözə təsir edə bilən göz qapağı ilə bağlı narahatlıqların müalicəsində müsbət nəticə verir. Xüsusilə, göz qapağında rast gəlinən qapanma və içə - xaricə dönmək kimi problemlərin həllində okuloplastik cərrahiyyə, göz sağlamlığını qorumaq üçün böyük əhəmiyyət daşımaqla yanaşı, estetik görünüşə də öz töhfəsini verir.
Göz qapaqlarının açılıb bağlanması, gözü zərərli xarici faktorlara qarşı qorumaq xüsusiyyətini daşıyır. Doğuşdan və ya yaşla əlaqədar olaraq göz qapaqlarında inkişaf edən içə və xaricə dönmə, üst göz qapağı sallanması, kiprik narahatlıqları kimi problemlər gözün funksiyası üçün təhlükə yaratdığına görə okuloplastik cərrahiyyə ilə bu vəziyyət aradan qaldırılmalıdır.
Üst göz qapağı sallanmasının görmə sahəsinə mənfi təsir göstərə biləcəyini qeyd edən Dünyagöz Xəstəxanası Etiler şöbəsinin həkimlərindən Op. Dr. İskender Alkın Solmaz, “Qapaq sallanmaları doğuşdan ola bilər və ya yaş ötdükcə yarana bilər. Görməyə və görmə sahəsinə təsir göstərdiyinə görə bu problem aradan qaldırılmalıdır. Göz qapağını qaldıran əzələ bərpa edilir və ya qapaq asqı metodu ilə qaldırılır. Uşaqlarda göz tənbəlliyinə səbəb olan qapaq sallanmaları, yəni ptozisin düzəldilməyi olduqca mühümdür. Doğuşdan və ya yaşla əlaqədar olaraq göz qapaqlarında inkişaf edən içə və ya xaricə dönmə, kiprik narahatlıqları, göz qapağı şişləri kimi xəstəliklərin müalicəsi okuloplastik cərrahiyyə ilə həyata keçirilir.
Göz altı torbaları və üst göz qapağındakı xətdə, qaşdakı sallanma kimi problemlər isə göz qapağı və qaş estetikası ilə asanlıqla həll olunur. Üst göz qapağında həyata keçiriləcək müdaxilə belə problemi olan xəstələrin daha yaxşı görməyini təmin edir. Xəstələr göz qapaqlarının üzərindəki ağırlıq hissindən qurtulur. Görmə sahəsində və görmədə artış təmin oluna bilər. Burada mühüm məsələ, həm funksional həm də estetik görünüşü xəstəyə qazandıra bilməkdir” deyə bildirir.
Yerli keyiltmə üsulu ilə 15 – 20 dəqiqədə nəticə əldə olunur
Göz qapağı əməliyyatlarının tez-tez yerli keyiltmə üsuli ilə həyata keçirildiyini qeyd edən Op. Dr. Solmaz, əməliyyat müddətinin gözə tətbiq olunacaq prosedurun ölçüsünə görə dəyişə biləcəyini qeyd edərək: “Hər qapağın orta hesabla əməliyyat müddəti 15 – 20 dəqiqədir. Əməliyyatdan sonra göz bağlanmır. Xəstələr ümumillikdə, eyni gün evə yazılır. Növbəti gün normal fəaliyyətlərinin böyük qismini asanlıqla yerinə yetirə bilərlər. Bir həftə, on gün sonra tikişlərin götürülməsi ilə tamamilə normal həyatlarına geri qayıdırlar. Qapaq əməliyyatlarında ən mühüm məsələ, estetik məqsədli planlaşdırılan cərrahiyyələrdə belə, qapaq funksionallığının qorunmasıdır. Buna görə də bu əməliyyatın gözün strukturuna və göz qapağının funksionallığına hakim olan göz xəstəlikləri mütəxəssisi okuloplastik cərrahlar tərəfindən tətbiq olunmağı olduqca vacibdir.”
Kimə göz qapağı əməliyyatı tətbiq oluna bilər?
Op. Dr. İskender Alkın Solmaz, okuloplastik cərrahiyyənin maraq sahəsinə daxil olan başlıca problemləri aşağıdakı kimi sadaladı:
- Üst göz qapağında yaşla əlaqədar olaraq sallanmalar
- Alt göz qapağındakı torbalar
- Göz qapağı enməsi
- Göz qapaqlarının içə və ya xaricə dönməsi - Göz qapağının qeyri-ixtiyari sıxılması
- Göz ətrafındakı qırışıqlıqlar
- Göz yaşı kanal tıxanıqları
- Tiroidə bağlı göz problemləri
- Göz şişləri
- Göz bəbəyində ət
- Göz protezləri
- Üz iflici və göz xəstəliyi
- İt dirsəyi