Eynək və linzadan birdəfəlik azad olmaqda ən effektiv üsul olan lazer texnologiyası getdikcə daha çox inkişaf edir.
Göz nöqsanlarının müalicəsində qısa müddətdə eynək və linzadan yaxa qurtarmağın yolu olan lazer texnologiyası getdikcə daha çox inkişaf edir. SMILE, miopiya, astiqmatizm və göz quruluğu şikayəti olan xəstələr üçün yeni müalicə metodudur. Bu metod xüsusilə nəzərə çarpır. SMILE lazer texnologiyası ilə miopiya və astiqmatizm kimi xəstəliklərdə olduqca aşağı və çox yüksək dərəcələrdə nailiyyət əldə olunur. Göz quruluğundan əziyyət çəkən xəstələr artıq bu metod vasitəsilə təhlükəsiz müalicə oluna bilər.
Özəl Femto lazer vasitəsilə tətbiq olunan SMILE lazer metodunda göz xəstəlikləri buynuz qişasından (kornea) flep qaldırılmadan düzəldilir. Lasik və Lasek-ə görə bu yeni metodun ən böyük üstünlüyü LASIK-də olduğu kimi buynuz qişasında böyük kəsiyin həyata keçirilməməsidir.
Dünyagöz Etilerdən Dos. Dr. Bozkurt Şener, SMILE (Small IncisionLenticuleExtraction)’ın miopiya və astiqmatizma xəstəliklərinin müalicəsində daha təhlükəsiz yanaşma olduğunu və LASIK cərrahiyyəsindəki flep ilə bağlı fəsadların bu cərrahiyyədə olmadığını izah edir: “Refraktiv cərrahiyyədə PRK, LASEK, LASIK və Femto-Lasik-dən son 20 ildir ki, miopiya, astiqmatizma və hipermetropiya gibi refraksiya qüsurlarının müalicəsində olduqca effektiv şəkildə istifadə olunur. SMILE metodu ilə bu xəstələrdə yeni müalicə alternativi yaranmış oldu. Standart Femto-Lasik texnikası buynuzlu qişa təbəqəsindən flepin (korneadan qaldırılan qapaqcıq) kəsilərək qaldırılması və buynuz qişasında lazımi lazer tətbiqinin həyata keçirilib flepin əvəzinə qapadılmasıdır.

SMILE metodunda buynuzlu qişa toxumasının səthində qapaq (flep) yaratdığına görə kəsilmir. Buynuzlu qişanın daxili hissəsində disk şəklində toxuma yaradacaq formada Femtosaniye Lazeri tətbiq olunur. Bu disk düzəldilməli olan göz pozuntusu qədərdir. 2 mm-lik kiçik lazer kəsiyi ilə bu hissəcik xaricə çıxardılır.
Göz quruluğu yaşamadan müalicə mümkündür
SMILE metodunun ən mühüm xüsusiyyətlərindən biri, xəstədə göz quruluğunu meydana gətirməməsi və quru gözlü xəstələrə də tətbiq oluna bilməsidir. Klassik metodlarla buynuzlu qişa təbəqəsində hazırlanan flep göz quruluğuna səbəb ola bilər.
SMILE metodu flepsiz olması və korneada sadəcə kiçik kəsiklə həyata keçirildiyi üçün gözdə quruluğa səbəb olmur və göz quruluğu olan xəstələrdə də rahatlıqla tətbiq oluna bilər.
Buynuzlu qişası çox nazik və göz ölçüsü yüksək olan xəstələr də bu metoddan faydalana bilər.
SMILE metodunun kornea qalınlığı nazik olan xəstələrdə PRK/LASEK texnikasına görə kornea mexanikasını olduqca yaxşı qoruyur. Bu metod, miopiyada -10 nömrə, astiqmatizmada da -5.0 nömrəyə qədər müalicə şansı verir, eyni zamanda qapaq yaratmadığı üçün qırışıqlıq problemini dı aradan qaldırır.
İdmançılar üçün üstünlük təşkil edir
SMILE metodu, xəstənin korneasının mexaniki gücünün qorunmağında digər metodlarla müqayisədə mühüm üstünlük təşkil edir. Xüsusilə də idmançılar (Zərbənin vurulduğu bütün idman növləri, dayvinq, statik gücün sərf olunduğu çəki dərəcəsindəki idman, açıq havada soyuq və küləkli hava şəraitində reallaşan idman və s.) xilasetmə işçiləri, polis və əsgər kimi mexaniki travmalara məruz qalmaq ehtimalının yüksək olduğu xəstələrdə bu metod üstünlük təşkil edir. SMILE metodu kornea qalınlığı nazik olan xəstələrdə digər texnikalarla müqayisədə kornea mexanikasını daha çox qoruyur. Bu metodda göz quruluğuna daha az rast gəlinir.
SMILE Lazer metodunun xüsusiyyətləri:
- Miopiyada -10, astiqmatda -5 nömrəyə qədər müalicə
- Kornea biomexanikasında üstün qoruma
- Nazik kornea strukturu ilə uyğunluq
- Qapalı cərrahiyyə texnikası ilə kəsik həyata keçirmədən əməliyyat
- Tək addımda əməliyyat
- Etibarlı yaxşılaşma
- 500 kHz ilə ən sürətli lazer texnologiyası
- Təbii vəziyyətə ən yaxın nəticə
SMILE Lazer Müalicə Metodunun Mərhələləri:
ZeissVisumaxFemtosaniye texnologiyası ilə gözün ön təbəqəsi (kornea) daxilində tək addımda nazik lentikul (disk şəklindəki toxuma) yaradılır. Cərrah, yaradılan lentikulu korneada açılan 2 mm-lik açıqlıqdan kornea xaricinə çıxarır. İstənilən bir flap (qapaqcıq) kəsməyə ehtiyac yoxdur. Göz daxilindəki lentikulun çıxarılması nəticəsində gözdəki qüsur aradan qaldırılır. Flap yaratmadığına görə kornea biomexanikası digər lazer cərrahiyyələri ilə müqayisədə az təsirlənir. Lazer cərrahiyyələrindən sonra ən güclü kornea biomexanikası SMILE texnikasından sonra əldə olunur.