Yeni nəsil rəqəmsal ekranlara aludədir və ya onlardan imtina edə bilmir. Ancaq müntəzəm surətdə ekrana baxmaq uşaqlarda bir sıra göz problemlərinə səbəb ola bilər. Dünyagöz Etiler’dən Op. Dr. Elvan ALÇIN, davamlı rəqəmsal ekranlara baxan uşaqlarda nəzərə çarpmayan göz narahatlılıqlarının yarana biləcəyini, bu narahatlılıqların uşaqların həm sosial, həm də zehni inkişafına mənfi təsir göstərdiyini qeyd etmişdir.
Əgər övladınızın gözündə bilmədiyiniz qüsur varsa və uzun müddət kompüterin başındadırsa gözdə gizli çəplik, baş ağrısı, göz ağrısı yarana bilər. Eyni zamanda, tez-tez it dirsəyi və gözdə qızartı da ola bilər. Op. Dr. Elvan Yalçın, rəqəmsal ekranların gözü yormağının ən böyük səbəbinin diqqəti uzun müddət ekrana yönəltmək olduğunu, uşaqlarda meydana gələ biləcək göz problemlərinin qarşısını ala bilmək üçün hər yarım saatdan bir uşaqların ekrandan uzaqlaşdırılmaları və ümumillikdə məktəbəqədər gündə cəmi 1 saatlıq kompüter istifadəsinin daha düzgün olacağını bildirmişdir. Eyni zamanda, Op. Dr. Yalçın, “0-16 yaş qrupundakı uşaqların gözlərini qorumaq üçün; doğumdan dərhal sonra, ilk bir yaş, ünsiyyətin qurula bildiyi və görmənin alına bildiyi 2-4 yaş daxilində, məktəbə başlamazdan əvvəl və məktəb müddətində müntəzəm göz müayinəsi aparılmalıdır” deyə bildirdi.