Süd vəzisi, ağciyər, prostat, qan, yumurtalıq xərçəngi, gündəlik göz müayinəsi zamanı gözləriniz sadəcə miopiya, hipermetrop, çəplik kimi narahatlılıqları deyil, başda xərçəng xəstəliyi olmaqla, bir çox xəstəlik barədə də ipucu verir. Dünyagöz Xəstəxanası Etilərdən Dos. Dr. Samuray Tuncer, ağciyər xərçəngindən süd vəzisi xərçənginə qədər bir çox xərçəng növünün gözün müayinəsi zamanı aşkar edildiyini qeyd edərək, erkən diaqnozun əhəmiyyətinə diqqət çəkir.

Bədənimizin dünyaya açılan pəncərəsi olan gözlərimiz bir çox xəstəliyin xəbərçisidir. Günümüzün xəstəliyi olan xərçəng bu xəstəliklərin başında öz yerini tutur. Ümumi göz və göz dibinin müayinəsində xərçəng riski olub olmadığını asanlıqla aşkar ediləcəyini qeyd edən Dos. Dr. Samuray Tuncer göz içində müxtəlif simptomların olduğunu və xəstənin özünün belə fərqinə varmadığı bir çox narahatlılığın gözümüzdən anlaşılacağını bildirir.
Göz müayinəsi ilə erkən xərçəng diaqnozu
Göz dibində müşahidə olunan lezyonlar bədənimizdə yaranan xəstəliklərə erkən dövrdə diaqnoz qoyulmağına imkan yaradır. Erkən diaqnozun xəstəliyin müalicəsində ən mühüm faktorlardan biri olduğunu qeyd edən Dos. Dr. Samuray Tuncer göz və göz dibi müayinəsinin necə vacib olduğunu vurğulayır. “Göz dibində müxtəlif bir çox lezyon aşkar edilə bilər. Bu lezyonlar sistemik bir xərçəngin hissəsi ola biləcəyi kimi, gözdən qaynaqlana bilən bədxassəli xərçənglər də ola bilər. Bütün şişlər hər yaşda yarana bilər. Lezyonların rəngi, yerləşdiyi yer və böyüklüyü isə diaqnozda mühüm əhəmiyyət kəsb edir. Lezyonların böyük əksəriyyəti xoşxassəli olmaqa birgə, ciddi xəstəliklərin xəbərçisi də ola bilir. Buna görə də erkən diaqnoz xəstə üçün çox vaxt həyati əhəmiyyət kəsb edir.”
Ağciyər xərçəngindən prostat xərçənginə, limfa xərçəngindən süd vəzisi xərçənginə qədər bir çox xəstəliyin gözdən diaqnozunun mümkün olduğunu qeyd edən Dos. Dr. Samuray Tuncer, hər bir kəsə müntəzəm surətdə göz müayinələrindən keçmələrini tövsiyə edir.