İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

ÇƏPGÖZLÜK

Çəpgözlüyün Müalicəsi

Çəpgözlüyün bir çox səbəbi olduğu üçün müalicə də fərdi olur. Çəpgözlük hər yaşda müalicə edilə bilən göz problemdir.

Eynəklə Müalicə

Çəpgözlüyün  bəzi növləri sındırma qüsürundan yaranır. Xəstə eynək taxmağa başladıqda çəplik yox olur. Bu cür çəplik üçün eynək kifayətdir.

Okkluzion Müalicə

Xəstənin gözlərində tənbəl göz sindromu varsa bu müalicə üsulu istifadə oluna bilər.

Ortoptik Müalicə

Ortoptik müalicə göz əzələlərinin fizioterapiyasıdlr. Bəzi əzələləri və binokulyar görmə qabiliyyətini gücləndirmək üçün tətbiq olunur. Binokulyar görmə qabiliyyətinin gücləndirilməsi üçölcülü görməni düzəldir. Gözlərimizin bu funksiyası gözlərimizi paralel saxlamağımızla yanaşı gündəlik həyatımızda da çox əhəmiyyətlidir. Avtomobil idarə edərkən, basketbol və tennis kimi məsafə və vaxt tənzimlənməsi tələb edən idman növləri ilə məşğul olarkən daha rahat və uğurlu olmağımıza imkan verir.

Cərrahi Müdaxilə

Anadangəlmə çəpgözlük  eynək tələb etməyən və erkən dövrdə (6 ay - 1 il) əməliyyat olunmalı olan çəpgözlükdir. Çəpliklərin böyük əksəriyyəti 2-3 yaşda baş verir və  eynəklə düzəldilə bilər. Eynək taxılsa belə düzəlmiyən çəpliklər üçün cərrahi müalicə tələb olunur. Çəpgözlük əməliyyatları əsasən ümumi anesteziya altında aparılır. Anesteziya uşaq anesteziya sahəsində ixtisaslaşmış həkimlər tərəfindən aparılır. Çəpgözlüyün erkən diaqnozu və müalicəsi ilə tənbəl gözün qarşısını almaq və 3 ölçülü görmə əldə etmək mümkündür. Bu səbəbdən, çəpgözlükdən şübhələnən hər bir uşaq, müəyyən bir yaşa çatmamış çəpgözlük üzrə mütəxəssis oftalmoloqa aparılmalıdır.

Botoks

Botulotoksin  (BOTOX) bəzi çəpgözlük müalicələrində də tətbiq oluna bilər. Botoks təsirlidir və insult səbəbindən yaranan çəpgözlük zamanı,  cərrahiyyə əməliyyatı keçirmiş amma tam sağalmamış xəstələrdə və zob xəstələrində müalicə metodu olaraq istifadə edilə bilər. Cüt görmə ümumiyyətlə ifliclə əlaqəli gözlərin ani yerdəyişmə ilə baş verir və bu xəstə üçün çox çətin bir vəziyyətdir. Bu növ çəpliklərdə qəbul olunmuş metod 6-8 ay gözləməkdir, ancaq gözləmə dövründə cüt görmə  fəsadını azaltmaq üçün botox tətbiq oluna bilər. Çəpliyin başlanmasından dərhal sonra müalicəyə başlayanda tam sağalma mümkündür. 

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al