Erkən diaqnoz tənbəl göz müalicəsinin uğuruna müsbət təsir göstərir. Eynəyə ehtiyac olarsa, eynək verilir və yaxşı görən göz müəyyən vaxta bağlanır, beləliklə tənbəl göz məşq olunur. Tənbəl gözün müalicəsində əməliyyatın yeri yoxdur. Xəstəxanamızda mövcüd olan vizual terapiya mərkəzində bu xəstələr ortoptik tətbiq adlanan göz məşqləri ilə də müalicə olunurlar.
Göz tənbəlliyin əsas müalicəsi uyğun eynək taxmaq, yaxşı görən gözü bağlamaq və tənbəl gözü görməyə məcbur etməkdir. Qəbul olunan vitaminlər müalicəyə birbaşa təsir etmir.
İlk 10 Yaş
İlk 10 yaş, əlbəttə ki, tənbəl göz müalicəsində daha üstündür və görmə artımı daha asan əldə edilir.
Qapama (okkluziya) müalicəsi sağlam və yaxşı görən gözü bağlamaq və zəif gözü işlətmək prinsipinə əsaslanır. Bağlanılacaq müddət xəstənin yaşına və tənbəllik səviyyəsinə görə müəyyən edilir. Təbii ki, yaş nə qədər kiçik olsa, qapama müddəti o qədər qısa olar və müalicənin davam etmə müddəti də qısalar.
Ortoptik müalicə, xəstəxana daxilində tətbiq olunan və bir mənada gözün fizioterapiyası olan tətbiqlərdir. Xəstəxanamızda ortoptik müalicə vizual terapiya mərkəzimizdə tətbiq olunur. Ortoptik müalicədə eyni zamanda gözü aktivləşdirən tətbiqlər edilir. Bu tətbiqlərə CAM müalicəsi daxildir. Sessiyalar orta hesabla 40 dəqiqə davam edir.
Ümumiyyətlə bu proqramlar 4.5-5 yaşdan sonra tətbiq oluna bilər. Okkluziya müalicəsinə yardım etmək üçün hazırlanmış təxminən 11 fərqli oyundan ibarət interaktiv bir çalışma proqramıdır. Məqsəd, tənbəl gözün görmə qabiliyyətinin həcmini və keyfiyyətini artırmaqdır. Bu müalicəni ev şəraitində aparmaq olar, lakin xəstə ayda bir dəfə vizual müayinə üçün xəstəxanaya gəlməlidir. Proqram 150 seansdan ibarətdir və təxminən 5 ay davam edir.
Xüsusi bir cihazın köməyi ilə xəstəxana şəraitində təxminən 10 seanslıq proqramlar şəklində tətbiq olunan bir üsuldur. Cərrahi müdaxilə və ya dərman istifadəsi tələb olunmur, hər seans təxminən 30 dəqiqə çəkir.
Bu müalicə, gözlərin üçölçülü görməyi əldə etməsinə kömək edəcək bir sıra məşqlərdir. Xüsusi alətlərin və vizuallaşma texnikasının istifadəsinə əsaslanan bu üsulda, xəstədə nəyin yaxşılaşdırılması lazım olduğuna bağlı olaraq müalicə təyin edilir. Məsələn, üçölçülü görmə və görmə dərinliyi duyğusu əldə etmək istəyən bir xəstə bu məqsədlə xüsusi görüntüləmə üsullarından istifadə edirvə ya məqsəd xəstənin binokulyar görmə qabiliyyətini yaxşılaşdırmaqdırsa bunun üçün digər məşqlər verilir.
Anadangəlmə və ya iflic səbəbiylə inkişaf edən çəpgözlük, ambliopiya və ya serebral iflic səbəbiylə problemləri olan insanlara tətbiq edilən fərdi müalicə üsullarından ibarət ABŞ -da yaranan və tətbiq olunan "vision therapy" müalicəsidir. Bu müalicənin əsas prinsipi beynə görməyi yenidən öyrətməkdir;
10 Yaşdan Sonra
Ambliopiyanın Neurovision ™ ilə müalicəsi kompyuter sisteminə yüklənmiş proqramdan istifadə edərək həkim nəzarəti altında aparılır. Göz quruluşu uyğun hesab edilən 10 - 55 yaş arası insanlara tətbiq edilən bu müalicədə kompyuter texnologiyası istifadə edərək görmə beyinə ötürülür. Bu üsul görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
Hər hansı bir səbəbdən ücölçülü görmələri zəif olan və ya olmayan xəstələr 'vision therapy' cihazları, məşqləri və üsulları ilə müalicə olunur. Bu müalicə sistemi göz əzələlərini gücləndirmir, ancaq hər iki gözün eyni vaxtda istifadəsi onların uyğunluğunu yaxşılaşdırır və beyinlə daha koordinasiyalı və daha sürətli işləməsinə imkan verir. Bu iki göz ilə işləmə qabiliyyətini artırır.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al