Qlaukoma müalicəsinin üç əsas üsulu var.
Xəstənin göz təzyiqi ya göz mayesinin ifrazatını azaltmaqla, ya da xaric olunmasını artırmaqla aşağı salınır. Bu iki üsul üçün istifadə olunan dərmanlar var. Bu dərmanlar hər gün nizamlı olaraq gəbul olunmalı və ömür boyu istifadə edilməli damcılardır. Hər bir xəstə bu damcılara fərqli reaksiya verdiyindən və yan təsirləri ola biləcəyi üçün həkiminiz sizə uyğun olan dərmanı seçir və nəticəni müşahidə edir. Dərman istifadə edən xəstələrin həkimləri tərəfindən uyğun görülən zaman aralığında kontrol olunması çox vacibdir, çünki zaman keçdikcə dərmana olan həssaslıqda azalma ola bilər. Bu halda dərmanı dəyişdirmək, başqa bir dərman əlavə etmək və ya lazer müalicəsi və cərrahi müalicə kimi əlavə üsullardan istifadə etmək lazım ola bilər.
Qlaukomanın müalicəsində lazer şüası ilk növbədə kəskin qlaukoma böhranının müalicəsində və digər gözün qlaukoma böhranına düşməsinin qarşısını almaq üçün istifadə olunur. Xroniki qlaukoma zamanı isə gözdən mayesinin xaric olunmasını asanlaşdırmaq üçün drenaj kanallarına lazer tətbiq olunur. Bu iki lazer müalicəsi ambulator şəraitdə aparılır və xəstəxanada qalmaq tələb edilmir. Göz təzyiqinin müalicəsində lazerin başqa bir istifadə sahəsi, gözün xarici qişasının rəngli hissəsi ətrafındakı ağ bölgəyə lazerin tətbiqidir. Məqsəd, göz mayesini ifraz edən bu hissənin müəyyən ərazisini dağıdaraq göz mayesinin ifrazını azaltmaqdır. Bu müalicə üsulu yerli anesteziya ilə əməliyyat otağında aparılır və xəstə həmin gün evə gedə bilər.
Xəstənin göz təzyiqi azalmırsa və ya dərman və lazer müalicəsinə baxmayaraq xəstəlik irəliləməyə davam edərsə, tətbiq ediləcək müalicə üsulu əsasən cərrahiyyə əməliyyatıdır. Qlaukomanın dərəcəsindən və gözün vəziyyətindən asılı olaraq həkim xəstəyə müxtəlif cərrahi üsullardan birini tətbiq edir.
Göz mayesinin göz xaricində olan damarlara boşaltmağı hədəfləyən əməliyyatlar ən çox edilən əməliyyatlardır. Bunlardan birincisi trabekulektomiya əməliyyatıdır, göz divarında gözdən lazımı şəkildə xaric ola bilməyən mayenin göz almasının xaricində yerləşən damarlara süzülməsini təmin edən yeni nazik kanalların yaranmasıdır. Əsasən yerli anesteziya altında, bəzən də ümumi anesteziya altında tətbiq edilən bu cərrahi üsul, illərdir ən çox tətbiq olunan üsuldur, nəticələri və fəsadları yaxşı bilinir. Onun effektivliyi də olduqca yüksəkdir. Tək bir cərrahiyyə növü olaraq qəbul edilməsinə baxmayaraq, cərrah gözün vəziyyətindən asılı olaraq bu cərrahi üsula dəyişiklik edə bilər. Bu əməliyyatı katarakta əməliyyatı ilə birlikdə də etmək mümkündür. Göz mayesinin bu şəkildə xaric olunmasını təmin edən bəzi implantlar da var. Yuxarıda qeyd olunan kanalların funksiyaları burada ucları gözün iç tərəfinə yönəldilmiş müxtəlif materiallardan olan çox nazik borular tərəfindən yerinə yetirilir.
Minimal invaziv cərrahi üsullar olaraq da adlandırılan yeni üsullardan bəziləri, gözdaxili mayenin gözün öz ifrazat kanal sisteminə yönəldildiyi implantlı və ya implantsız müxtəlif üsulları əhatə edir. Bu üsullarla gözün sağalması daha qısa müddətdə baş verə bilər, lakin onların effektivliyi həmişə trabekulektomiya ilə eyni olmaya bilər. Müvafiq hallarda olduqca mənfi nəticələr əldə edilə bilir. Burada da həkiminiz əməliyyatdan əvvəl qərar vermə mərhələsində tətbiq ediləcək metodun üstünlükləri və mənfi cəhətləri haqqında sizə məlumat verəcəkdir. Bu üsulların başqa bir ümumi tətbiqi katarakta əməliyyatı ilə birlikdə tətbiq edilməsidir.
Seton və ya boru əməliyyatı adlanan metodda göz təzyiqi, gözün içərisinə yerləşdirilən nazik silikon boru hissəsi və göz almasının xaricindəki təbəqələr arasına yerləşən rezervuar hissəsi olan implantlarla nəzarət edilir ki, bu da göz mayesinin göz xaricində yerləşən kapilyarlara axmasına imkan verir. Bu implantlar gözə uyğun olan materialdan hazırlanmışdır, uyğun bir dizayna malikdir və gözdə daimi olaraq qalırlar.
Qlaukoma əməliyyatının başqa bir yolu gözdaxili mayenin ifrazını azaltmaqdır. Bu əvvəllər dondurma üsulu olaraq da bilinən kriodestruksiya üsulu ilə həyata keçirildi. Bu yaxınlarda diod lazer vasitəsi ilə mümkün oldu. Bu halda lazer gözün sklerasına tətbiq olunur. Məqsəd, göz mayesini ifraz edən bu hissənin müəyyən bölgəsini dağıdaraq göz mayesinin ifrazını azaltmaqdır. Bu müalicə üsulu yerli anesteziya ilə əməliyyat otağında aparılır və xəstə həmin gün evə gedə bilər.
Qlaukoma, nadir olsa da, körpələrdə də baş verə bilər və müalicə dərhal əməliyyat tələb edir. Burada istifadə edilən əməliyyatlar böyüklərdə tətbiq olunan qlaukoma əməliyyatlarından fərqlidir. Nəticə olmadıqda yuxarıda göstərilən üsullardan biri və ya bir neçəsi tətbiq oluna bilər.
Göz anatomiyası fərqli olan nadir qlaukoma növləri ilə yuxarıda göstərilən əməliyyatlar əlavə müdaxilələrlə birləşdirilə bilər. Bəzən vitrektomiya, keratoplastika kimi əməliyyatlar qlaukoma əməliyyatı ilə birləşdirilə bilər.
Dünyagöz Xəstaxanalarında tətbiq olunan glaukoma lazer müalicə metodları və əməliyyatları aşagıdakılardır:
Qlaukoma əməliyyatı keçirən insanlar mütəmadi olaraq müşahidə edilməlidir.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al