İndi Axtar 012 404 44 69 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

GÖZ TƏYZİQİ (GLAUKOMA)

Qlaukomanın Növləri

Açıq bucaqlı qlaukoma

Qlaukomanın ən çox yayılmış növüdür. Yaşlı insanlarda (50-60 yaş) baş verir. Yaşa dolduqca drenaj bucağının funksiyasının azalması və gözdaxili mayesinin kifayət qədər xaric olunmaması səbəbindən gözdaxili təzyiq (göz təzyiqi) yüksəlir və görmə sinirin zədələnməsinə səbəb olur. Normal insanlarda göz təzyiqi 12 ilə 20 mm Hg arasındadır. Qlaukoma xəstələrində bu dəyər 20 mm Hg -dən yuxarıdır. Ancaq göz siniri həssas quruluşa malik olan bəzi insanlarda normal göz təzyiqi dəyərlərində belə görmə sinirin zədələnməsi ola bilər. Qlaukoma hələ inkişaf etməmiş lakin yüksək göz təzyiqə malik olan insanlar göz hipertenziyası olan xəstələr hesab olunur. Qlaukomanın səbəb olduğu görmə sinirin zədələnməsi olan xəstələrin müalicəyə ehtiyacı var. Təəssüf ki, qlaukoma heç bir əlamət göstərmir. Erkən mərhələlərdə mərkəzi görmə pozulmadığı üçün xəstələr görmə itkisini hiss etmirlər. Bu səbəbdən 40 yaşında və 50 yaşdan sonra ildə bir dəfə olmaqla göz müayinəsindən keçmək çox vacibdir. Görmə sinirin zədələnmə dərəcəsindən asılı olaraq əvvəlcə görmə sahələrinin qismən itirilməsi inkişaf edir. Xəstəlik irəlilədikcə bu sahələr birləşərək görmə sahələrində əhəmiyyətli bir itki meydana gətirir. Görmə siniri tamamilə zədələndikdə korluq inkişaf edir.

Dar bucaqlı qlaukoma

Bu nadir bir qlaukoma növüdür. Adətən strukturu daha kiçik olan hipermetrop gözlərdə qüzehli qişa toxumasının (gözün rəngli hissəsi) drenaj bucağına çox yaxın yerləşdiyi və bu bucağı bağladığı zaman olur. Drenaj bucağının bağlanması səbəbindən gözdaxili mayenin çıxışı bloklandığı üçün göz təzyiqi  40-50 mmHg-ə yüksəlir. Bu vəziyyət olduqca ağrılıdır. Ürək bulanması və qusma halları birlikdə meydana gələ bilər və görmə bulanıq olur. Təcili olaraq müalicə edilməli olan bu vəziyyət daimi korluğa səbəb ola bilər. Dar bucaqlı qlaukoması olan bəzi xəstələrdə bucaq bağlanması tədricən inkişaf edə bilər.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al