Qlaukoma hər kəsdə ola bilər və erkən diaqnoz xəstəliylə bağlı olan görmə itkisinin qarşısını almağın yeganə yoludur. Görmə sahəsində qlaukoma səbəbiylə əhəmiyyətli bir ziyan olmadığı təqdirdə, xəstə bu itkiləri hiss etməz. Bu səbəbdən hər il mütəmadi olaraq göz müayinələrindən və analizlərdən keçmək vacibdir. Xüsusilə 40 yaşdan yuxarı olan 100 nəfərdən təxminən 2,5 -də qlaukoma (göz təzyiqi) riski var və yaş artdıqca qlaukoma riski də artır. Bu səbəbdən hər il göz müayinələrindən keçmək çox vacibdir.
Qlaukoma diaqnozu detallı göz müayinəsindən sonra qoyulur.
1. Gözdaxili təzyiqin (GDT) ölçülməsi: GDT müxtəlif üsullardan istifadə etməklə ölçülə bilər. Bunlar hava ilə ölçmə, aplikasiya metodu ilə ölçmə və Tonopen və Icare kimi cihazlarla edilən ölçülərdir. Normal əhalidə GDT 98% 22 mmHg və daha aşağıdır. İki göz arasındakı təzyiq fərqi 4 mmHg altındadır. Yalnız GDT -in ölçülməsi insanın qlaukomaya malik olub -olmadığını göstərmir.
2. Buynuz qişa qalınlığının ölçülməsi (Paximetriya): həkimə bəzi xəstələr üçün müalicəyə başlamağın qərarına kömək edir. Sağlam bir əhalidə orta buynuz qişa qalınlığı təxminən 530 mikrondur. Buynuz qişa qalınlığı artıq olan xəstələrdə göz təzyiqinin göstəricisi yanlış yuksək ola bilər və ya buynuz qişa qalınlığı 500 mikrondan az olan xəstələrdə göz təzyiqi yalnış aşağı qiymətləndirilə bilər.
3. Gonioskopiya: Göz mayesinin kapilyar damarlara axdığı və torlu quruluşdu strukdurun yerləşdiyi sahə olan ön kamera bucağının qiymətləndirilməsi qlaukoma müayinəsinin əhəmiyyətli bir hissəsidir. Burada törəmələrin, lehimlənmələrin, daralmaların, yırtıqlarların, yeni damarlarlar kimi dəyişikliklərin olması diaqnoz və müalicəmizə istiqamət verəcəkdir.
4. Kompyuterli görmə sahəsinin ölçülməsi: qlaukomanın diaqnozu və təqibində vacibdir. Bu üsulda, insanın xəbəri olmayan qlaukomadan zədələnən sinir hüceyrələri səbəbindən görmə sahələrdə olan itkilər aşkar edilir. Xəstəliyin mərhələsindən asılı olaraq, görmə sahəsinin müəyyən hissələri daha ətraflı müayinə oluna bilər. Bundan əlavə, müntəzəm olaraq edilən testləri təhlil edərək, illər ərzində ardıcıl görmə sahəsi testlərində irəliləyiş olub olmadığını müəyyən etmək mümkündür. Son illərdə görmə sahəsinin test nəticələri aşağıda adı çəkilən optik koherent tomoqrafiyası (OKT) kimi testlərlə birləşdirilərək quruluş-funksianal təhlil aparılır. Bu şəkildə xəstəliyi daha dəqiq diaqnoz etmək və onu təqib etmək mümkündür.
5. Görmə siniri diskinin, sinir lifləri qatının və makula bölgəsinin analizi: OKT -nin köməyi ilə qlaukoma ilə bağlı dəyişiklikləri, xüsusən də görmə siniri diskində, torlu qişanın sinir lifləri qatında və makula bölgəsində çox aydın şəkildə aşkar edə bilərik. Bu metodun fərqli xüsusiyyətlərindən istifadə edərək, qlaukomanı çox erkən mərhələdə, görmə sahəsində hər hansı bir itki meydana gəlmədən və xəstənin heç bir şikayəti olmadan diaqnoz edə bilərik, həmçinin diaqnoz qoyulan hallarda xəstəliyin irəliləyib inkişaf etmədiyini çox dəqiq şəkildə müəyyən edə bilərik və müalicəmizi buna uyğun olaraq yenidən təyin edə bilərik. Eyni metodun angioqrafiya xüsusiyyətindən istifadə edərək, qlaukomadan zədələnə bilən bölgələrdə kapilyar sıxlığını araşdıra bilərik.
6. Ön seqmentin vizualizasiya üsulları: ön seqment adlandırdığımız gözün ön hissəsinin strukturlarında dəyişikliklərin aşkarlanması qlaukomalı xəstələrin diaqnozu və monitorinqi üçün də böyük əhəmiyyət kəsb edir. Ön seqmentin OKT müayinəsinin köməyi ilə ön kameranın bucağı, qüzehli qişanın əyrili və ön kameranın dərinliyi kimi vacib parametrləri əldə edə bilərik. Ayrıca, ultrasəs biomikroskopiyasının (UBM) köməyi ilə bir qədər uzaqda yerləşən və OKT ilə qiymətləndirə bilmədiyimiz strukturları araşdıra bilərik.
7. Digər testlər: Qlaukomalı xəstələrin diaqnozu və təqibində, ehtiyac olduqda B rejimli orbital ultrasəs, angioqrafiya, elektrofizioloji testlər, mikroperimetriya və ümumi anesteziya altında müayinə (xüsusilə körpələr üçün) kimi testlər aparıla bilər.
Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.
Daha Fazla Bilgi Al