İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

KATARAKTA

Fako üsulu ilə Kataraktanın müalicəsi

Kataraktanın müalicəsində tətbiq olunan FAKO üsulu ilə 2,2 millimetrlik kəsik vasitəsilə gözə daxil edilir. Katarakta əməliyyatı zamanı xüsusi bir maye - "Viskoelastik gel" istifadə olunur.    " "Viskoelastik gel" köməyi ilə təbii büllur gözün digər təbəqələrindən zədələnmədən ayrılır. Hər bir xəstəyə özəl olmaqla bərabər , eyni zamanda birdəfəlik istifadə  üçün nəzərdə tutulub.

Şəffaflığı itirilmiş gözdaxili linza ultrasəs  dalğalarını yayan xüsusi cihaz ilə dağıdılır və gözdən sorulub xaric edilir. Bükülmüş  süni linza gözə yerləşdirilir. Kəsik kiçik olduğundan, tikişlərə ehtiyac olmur. İnfeksiya ehtimalı səbəbindən, hər iki gözdə əməliyyat eyni gündə həyata keçirilmir. İki gözün əməliyyatı arasında ən azı 2 gün ara verilməsi tövsiyə olunur.

Kataraktanın müalicəsi mikrocərrahiyyə müdaxiləsi tələb edən çox əhəmiyyətli bir əməliyyatdır. Əməliyyatın müvəffəqiyyəti birbaşa həkim təcrübəsinə, əməliyyatxananın steril şəraitinə, istifadə olunan tibbi ləvazimatların sterilliyinə və keyfiyyətinə bağlıdır.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al