İndi Axtar *4469 - 365 GÜN, 24 SAAT DAİMİ XİDMƏT

KATARAKTA

İstifadə Olunan Gözdaxili Linzalar

Bu müalicə üsulu ilə büllur gözün içərisindən çıxarılır və çox fokuslu linza ilə əvəz olunur. Bu linzalarda müxtəlif halqalar mövcuddur. Bu halqaların  bəziləri uzaq və bəziləri yaxın görmək üçündür. Beləliklə, həm uzaq, həm də yaxın məsafədə olan obyektlər aydın görmə qabiliyyətini təmin edən sarı ləkənin üzərinə düşür. Xəstələr onlara uyğunlaşan kimi, onların  uzaq və yaxın məsafə üçün eynək  asılılığı azala bilər.

Bu müalicə üçün xəstə seçimi çox vacibdir. Diqqət etmək lazımdır ki, xəstə üçün yaxını  və ya uzağı  görmək daha önəmlidir. Xəstə seçimində başqa bir əhəmiyyətli problem xəstənin göz bəbəyin ölçüsüdür. Müalicə katarakta əməliyyatı olduğundan, xəstələr həm katarakta problemlərini, həm də uzaq və yaxın  görmə problemlərini  bir əməliyyatla həll edə bilərlər.

İlk olaraq xəstə  hərtərəfli göz müayinəsindən keçməlidir. Hər bir xəstənin gözü belə bir əməliyyat üçün uyğun olmaya bilər. Peşə, yaş, sosial fəaliyyət, oxuma vərdişi və intellektual səviyyə xəstələrin seçilməsində  vacib əhəmiyyət  kəsb edir.  Bu əməliyyatlarda tibbi uğur xəstənin düzgün seçilməsi, lazımi texnika, əməliyyatı həyata keçirən müəssisə, həkimin təcrübəsi və əlbəttə linzaların düzgün seçilməsi sayəsində mümkündür.

Xidmətlərimizdən maksimum yararlanmaq üçün çerezlərdən istifadə edirik. www.dunyagoz.com'a daxil olmaqla, çerezlərin istifadəsinə razılıq verirsiniz.

Daha Fazla Bilgi Al